Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ayətullah Xamenei: "Düşmənin hücumuna on qat cavab verəcəyik"
Tarix: 04-06-2018 | Saat: 21:31
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər


Düşmənin hücumuna on qat cavab verəcəyik.
Bunu İranın ali dini lideri Ayətullah Xamenei bu gün İslam İnqilabının banisi  İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehrandakı çıxışında deyib.
O,  İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü  ölkənin təhlükəsizliyinin təminatı adlandırıb: "Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik.  Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik".
Ayətullah Xameneinin sözlərinə görə, bəzi Avropa ölkələri  İranın sanksiyalara dözməsini, nüvə fəaliyyətindən əl çəkməsini və məhdudiyyətlərin davam etdirilməsini istəyirlər: "Mən bu dövlətlərə deyirəm, sizin xəyallarınız gerçəkləşməyəcək".
Ayətullah Xamenei qeyd edib ki,  İran xalqı və dövləti nə sanksiyanın olmasını,  nə də "nüvə texnologiyasının həbsini" qəbul edəcək: "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik borcludur  ki, tez bir zamanda  Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində  sentrifuqaların sayının 190 min SWU-a (izotop ayırma qabiliyyəti) çatdırılması üçün işlərə başlasın".


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___