Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ötən ay nikaha girən 14 nəfərdə QİÇS aşkarlanıb
Tarix: 04-06-2018 | Saat: 17:23
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

 Ötən ay nikaha daxil olmaq üçün 15651 nəfər müayinə olunub. Bu barədə Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
 
 
O bildirib ki, müayinə olunanlardan 428 nəfərdə talassemiya daşıyıcılığı, 23 nəfərdə sifilis, 14 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb. 4 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar olunub: “Bizdə əsas məqsəd talassemiyanın profilaktikasını aparmaqdır. Ümumilikdə indiyə qədər bizə 112 cütlük perinatal müayinə üçün müraciət edib. 69 nəfər hamilə qadında perinatal diaqnostika aparılıb. Həmin 69 hamilə qadında müayinə aparıldıqdan sonra 16 nəfər xəstə uşaq, 41 nəfər daşıyıcı, 12 nəfər sağlam döl aşkarlanıb. Son ildə isə 25 cütlükdə perinatal müayinə aparılıb. 5 döldə xəstəlik, 15 döldə daşıyıcılıq aşkarlanıb, 5 döl isə sağlam olub”.
 
 
Z.Əlimirzəyeva qeyd edib ki, 2015-ci ildən indiyə qədər ümumilikdə 418 min 757 nəfər müayinə edilib. Onlardan 15692 nəfərində talassemiya daşıyıcılığı, 1438 nəfərdə sifilis, 345 nəfərdə QİÇS aşkarlanıb. 153 cütlüyün isə hər ikisində talassemiya daşıyıcılığı müəyyən olunub. 



Xəbəri paylaş

1 1898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___