Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazəninin Mirzə Babayevə oxşarlığı, sahibsiz İlhamə Quliyeva, Samir Bağırovun sevgilisi - HƏFTƏBECƏR
Tarix: 04-06-2018 | Saat: 10:42
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər


Jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (174-cü say) təqdim edirik.

Hər həftə şərhlərinizi oxuyuram. "Bəxt üzüyü" filmindəki Tanrıbəy dayı demiş, əcəb mehribandılar. Hətta şərhlərdə dostlaşanlar, tanış çıxanlar da var. İşdi-şayət məsələ lap ciddiləşsə, məsələn, şərhlərdən tanış olub evlənənlər olsa, toya çağırılmasam, sizi bağışlamaram. İndi də keçək mövzulara...
"Maşın" tam sürəti ilə davam edir. Hətta o qədər sürətlə davam edir ki, növbəti buraxılışda bir hörmətli sənət adamı tapıb şouya cəlb etmək çox çətin olacaq. Çünki üzdə olan kim varsa, hamısı bu şounun iştirakçısı olub və məlum məsələdir ki, olan-qalan xətir-hörmətini də maşının təkərlərinə bağlayıb çıxıb qırağa. Təbii ki, çox cüzi istisnalar da var. Amma lap cüzidir bu istisnalar.
Nazənin xanımı o gün kanalların birində gördüm. Bir profildən Arzu Rzayevi xatırlatdı. Çünki dəri o qədər dartılıb ki... Başqa profildən isə üzdəki təbii qırışlar tam şəkildə bilinirdi. Eynən rəhmətlik Mirzə Babayevin üzündəki qırışlar kimi. Verilişdə bir xanım qonaq da var idi. O danışmamış kanalı çevirdim ki, yüz faiz bunu da rəhmətlik Mikayıl Mirzəyə oxşadacağam. Yeri gəlmişkən, Nazənin xanımla təxminən 15-20 dəqiqəlik yol yoldaşlığımız da olub. Təxminən 3-4 il əvvəl məni ANS kanalından iş yerimə qədər gətirib. Yəni, bunu da yazıram ki, necə deyərlər, ədalətsizlik etmiş olmayım.
Müğənni Aslan Hüseynov mərhum xalq artisti İlhamə Quliyevadan danışıb. Deyib ki, İlhamə Quliyevanın yaxşı insan olduğunu deməyə dili dönmür. Əslində, bu, onun söz haqqıdır və düşündüyünü deməkdə sərbəstdir. Ancaq sağlığında bu sözləri desəydi, mənim üçün daha hörmətli insan olardı. Çünki indi İlhamə Quliyevanın mirasından başqa heç nəyinə sahib duran yoxdur. Yəni, bu açıqlamaya görə də Aslana kiminsə cavab verməyəcəyini yaxşı bilir.
İş elə gətirib ki, sənətlə gündəmə gəlməyi xoşlayan sənətçilər də şəxsi işlərini ortaya atmaqla yadda qalmağa çalışırlar. Məsələn, xalq artisti Gülyanaq Məmmədovanı şəxsi həyatdan danışan görməmişəm. Amma necə deyərlər, o da "haqqın yolunu" tapıb:
"Dörd dəfə toy elədim: Türkiyədə, Şəkidə, Bakıda. Toyuma 30 min xərcim çıxmışdı. Toy 2006-cı ildə idi. o vaxt bu böyük pul idi. Narahat idim ki, bahalı restoranda toy edirəm, necə olacaq? Amma qoyduğumuz pul başabaş oldu".
Hərdən mənə elə gəlir ki, ya çox geridə qalmışam, ya da sənətçilər həddindən artıq irəli gediblər. Yəni, doğrudanmı Gülyanağın toyuna xərclədiyi 30 min manat tamaşaçı üçün maraqlıdır. Həm də axı bildiyimə görə qız evi dörd dəfə toy eləmir. Qulpqoyan dayı deyir, ora yaz ki, yəqin sevincəyə düşübmüş, mən də yazdım.
Bu arada Samir Bağırov da sevgilisindən ayrılıb. Eşitdiyimə görə Samir yaxşı insandır, heç kimlə işi yoxdur. Bu səbəbdən düşünürəm ki, Samiri incitmək olmaz. Buradan onun sevgilisinə müraciət etmək istəyirəm. İntəhası, müraciətə necə başlayacağımı bilmirəm. Yazsam ki, ay xanım, Samiri incitmə, hamınız gülüşəcəksiniz. Yazsam ki, ay qardaş, Samiri niyə incidirsən, onda da deyəcəksiz ki, şər atırsan. Elə ona görə də müraciətimi təxirə salıram, vaxtımı dayandırıram.
Şəbnəm Tovuzlu deyib ki, xalq artisti olmaq istəmir. Amma soruşan olmayıb ki, neçə dəfə təklif ediblər istəməmisən?


Xəbəri paylaş

9678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___