Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu çimərliklərə GETMƏYİN - Nazirlikdən XƏBƏRDARLIQ!
Tarix: 01-06-2018 | Saat: 12:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu çimərliklərə GETMƏYİN - Nazirlikdən XƏBƏRDARLIQ!
Bu il Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliyindən istifadə etmək məqsədəuyğun hesab edilmir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin şöbə müdiri Mirsalam Qəmbərov məlumat verib.
Onun sözlərinə görə, adıçəkilən çimərliklərdə dəniz suyunun tərkibində zərərli maddələrin miqdarı normadan artıq olduğu qeydə alınıb.
M.Qəmbərov bildirib ki, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan" çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab təmizləyici qurğular quraşdırılıb.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizi zolağında və çimərlik ərazilərində monitorinqlər davam etdirilir.



Xəbəri paylaş

8868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___