Məleykə Abbaszadədən qız abituriyentlərin valideynlərinə ETİRAZ
Tarix: 30-05-2018 | Saat: 16:54
Bölmə:Karusel / Təhsil | çapa göndər
Azərbaycan cəmiyyətində "qadın və kişi ixtisasları" stereotipləri üzündən tələbə qəbulu ilə bağlı bəzi problemlər yaranır. Azərbaycanda qızlar riyaziyyat müəllimliyinə sənəd verirlər, amma mühəndisliyi seçmirlər.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib.
O bildirib ki, regional ali məktəblərdə müəllimlik ixtisası üzrə təhsil alanların 80-100 faizi qızlar olur:
"Burada başqa bir stereotiplər də var. Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər. Çünki istəyirlər ki, qızları gözlərinin qabağında olsun. Dəniz Akademiyasının tələbələrinin 99,9 faizi oğlandır. Bu akademiyaya qəbul qaydalarında yazılıb ki, oraya yalnız oğlanlar qəbul olunur.
Keçən il bir qız kapitan olmaq istəyirdi. Buna görə də Dəniz Akademiyasına qəbul üçün bizə müraciət etdi və bildirdi ki, onun Konstitusiya hüquqları pozulur, onu niyə qəbul etmirlər. Mən akademiyanın rəhbərliyinə müraciət etdim. Keçən il yalnız o qız yüksək balla Dəniz Akademiyasına qəbul olundu. Bizim rəqəmsal bərabərsizliyimiz buradan başlayır. Bu stereotipləri aradan qaldırmalıyıq".
Xəbəri paylaş
1 4968 dəfə oxunub.
Digər xəbərlər

11-02-2017, 19:26
Alimlər xəbərdar edir: "Düyünü səhv bişirirsiniz!"
30-10-2023, 13:36
HƏMAS-ın əsir götürdüyü 22 yaşlı tələbə ÖLDÜ
6-09-2015, 13:16
Akademik Ağamusa Axundov dünyasını dəyişdi
3-02-2017, 13:03
Gözlərini bərəltdi, məşhurlaşdı - VİDEO - FOTO
3-01-2019, 16:18
“Azəriqaz”dan abonentlərin iddialarına CAVAB
19-03-2023, 10:17
DİN-dən kiberdələduzlara bağlı vətəndaşlara MÜRACİƏT
18-10-2023, 09:02
Daha gözəl buruna sahib olmağa çalışarkən kor olmayın! - Xəbərdarlıq
5-11-2015, 15:21
“Bank of Baku”-nun ödəniş terminalları vasitəsilə vəsaitiniz dərhal kartınıza oturacaq!
15-06-2015, 01:27
HER AN OLUM TEHLUKESI. (FOTO)
25-08-2016, 22:10
Canını seven bunları yesin – Qidaların sirri