Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
16 saat tox qalmaq üçün sahurda bu qidaları yeyin — SİYAHI
Tarix: 22-05-2018 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm / Aktual | çapa göndər



Bu il Müqəddəs Ramazan ayı isti havalarla müşayət olunur.
Sağlam qidalanma və sağlamlıq üçün sahurda insanı tox saxlayan və susuzluq yaratmayan qidalara üstünlük vermək lazımdır.
Qida mütəxəssisləri bildirirlər ki, gecə saatlarında qəbul edilən ağır qidalar o saatlarda metabolizma sürəti aşağı düşdüyü üçün yağa çevrilmə riski yüksəkdir. Bu səbəbdən bu saatlarda qəbul edilən qidaları diqqətlə seçmək lazımdır.
Sahurda tərkibində protein olan süd, qatıq və pendir kimi qidalar qəbul edilə bilər. Qandakı şəkərin miqdarının düşməsinin qarşısını aldığı üçün çörəkdən və ya taxıl məhsullarından hazırlanan şorbalardan istifadə etmək olar.
Sahurda kifayət qədər su, ayran, kompot və qazlı su içmək lazımdır. Eyni zamanda yemək yeyib yatmaq əvəzində vaxtında sahura durmaq lazımdır. Bununla yanaşı, sahurda duzlu qidalar və qızardılmış qidalar əvəzinə daha yüngül qidalar qəbul etmək məsləhət görülür.
1 çay qaşığı zeytun yağını pomidor və xiyarın üstünə əlavə edərək qəbul etmək və bağırsaq problemi olanlara faydalıdır.
İnsanı gün boyu tox saxlayan və susuzluq yaratmayan qidaların siyahısını təqdim edirik.
Yumurta
Sahurun vazkeçilməz qidasıdır. Omlet və ya pomidor yumurta qəbul etmək də məsləhət görülür.
Ətli dolmalar
Dolmanı hazırlayarkən düyü əvəzinə yarmadan istifadə edin.
Pendir
Sahur üçün əladır. Pendir əvəzinə qatıqdan da istifadə etmək olar.
Tərəvəz şorbaları
Quru paxlalar əlavə edilmiş qatıq, yulaf və mərci əlavə edilmiş tərəvəz şorbası, noxudlu şorba məsləhət görülür.
Proteinli salatlar
Tərkibində balıq, toyuq və ət olan salatlar əladır.
Meyvəli qatıq
Şaftalı və ya ərik əlavə edilmiş bir kasa qatıq sahur üçün əladır.
Yağlar
Zeytun yağı və zirə yağı tox qalmağa kömək edir. Bu səbəbdən sahurda qidalara bu yağlardan əlavə edə bilərsiniz. Tərkibində yağın miqdarı çox olduğu üçün avokado da qəbul etmək olar.
Paxlalılar
Tərkibində mərci olan salatlar, tərkibində mərcimək, noxud, lobya olan qiymə ət məsləhət görülür.
Ayran, kefir
Ayran sahur üçün əla içkidir. Ancaq sahurda təkcə ayran yox, kefirdən də istifadə edin.
Badam, fındıq, fıstıq
Hər sahurda yeməyə iki ədəd qoz, üç ədəd fındıq və dörd ədəd badamla başlamaq tövsiyyə olunur.
(ölkə.az)


Xəbəri paylaş

1 8198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___