Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Istirahət günü hava necə olacaq?
Tarix: 19-05-2018 | Saat: 19:44
Bölmə:Karusel / Gündəm | çapa göndər


Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 26-30, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeronun Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 20-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.



Xəbəri paylaş

6238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___