Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Baba nəvəsinin boşanmasına dözmədi, özünü asdı
Tarix: 19-05-2018 | Saat: 19:35
Bölmə:Karusel / Hadisə | çapa göndər



Dünən axşam saatlarında Göygöl rayonu, Aşıqlı kənd sakini, 75 yaşlı Binnətov İsmayıl Abbas oğlu intihar edib.
Kənd sakinlərinin virtualaz.org-a verdiyi məlumata görə, İ.Binnətov intihar etməzdən bir müddət əvvəl canına qıyacağını deyibmiş.
“Çox sakit kişi idi. Həyat yoldaşı rəhmətə gedib. Oğlunun biri Rusiyada yaşayır. Hadisə baş verəndə gəlini də evdə olmayıb. Gəlin evdə olsaydı, bəlkə bu hadisə baş verməzdi. Bir dəfə özünü asmaq istəyib, qonşular duyuq düşüblər, qoymayıblar. Amma elə hey deyirdi ki, özünü öldürəcək”.
Kənd sakinlərinin sözlərinə görə, İsmayıl kişinin ahıl yaşda canına qəsd etməsinə hərbidə qulluq edən nəvəsinin ailəsində yaranan problemlər səbəb olub. Belə ki, İsmayıl kişi həyat yoldaşından ayrılan nəvəsini barışdırmağa cəhd göstərsə də, buna nail ola bilməyib: “Bakıya nəvəsigili barışdırmağa gedib, barışdıra bilməyib. Nəvəsinin arvadı uşaqlarını da götürüb evdən gedib. Bir yandan da nəticələrini görə bilməməsi ona pis təsir etmişdi. Dünən axşam saat 5-də evin həyətində özünü asıb”.
Göygöl Rayon Prokurorluğundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İntiharın səbəbləri istintaq yolu ilə araşdırılır.


Xəbəri paylaş

1 0958 dəfə oxunub.

Digər xəbərlər
25-03-2016, 12:42 Bulvarda ölüm

bütün xəbərlər
____ Instagram ___