Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sürücülərin NƏZƏRİNƏ! Bunu etsəniz 200 manat cərimə olunacaqsınız - VİDEO
Tarix: 18-05-2018 | Saat: 21:51
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər


Son vaxtlar yol polisi ilə mübahisəsini videoya çəkib sosial şəbəkələrdə yayan sürücülərin sayı artıb. Dövlət Yol Polisi sürücülərə belə hallara yol verməmələrini tövsiyyə edib. Ancaq ekspertlər fərqli düşünürlər. Onların fikrincə, belə videolar məsələnin daha şəffaf araşdırılmasına xidmət edir.
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan və yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən sürücülərə xəbərdarlıq edib. Belə hərəkətlərə yol verən sürücülərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək. Bundan başqa, yol polisi saxlanılma zamanı onları lentə alan sürücülərə şou yaratmamalarını da tövsiyyə edib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə isə, istənilən sürücü yol polisinin görüntüsünü çəkə bilər. Çünki qanunvericilyə əsasən, yalnız şəxsi həyata müdaxilə olarsa görüntüləri çəkmək qadağan edilib.
Ekspert deyir ki, bu kimi hallar problemin daha şəffaf araşdırılmasına xidmət edir və ictimai nəzarətin bir növü hesab olunur. Bununla yanaşı, polis dövlət nümayəndəsidir və onun qanunvericilik çərçivəsində verdiyi göstərişləri yerinə yetirmək məcburidir.
Bundan başqa, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanı mühafizə edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilə və ya bir ayadək müddətə inzibati qaydada həbs oluna bilər.


Xəbəri paylaş

2 4648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___