Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Elə bilirlər ki, pir edib" - İmtahan öncəsi pirlərə axın çoxalıb
Tarix: 18-05-2018 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm | çapa göndər



ARB TV-nin "Günə doğru" verilişində imtahan öncəsi pirlərə gedən abituriyentlər barədə sujet yayımlanıb.
İnamsızlıq, yoxsa inam? İmtahan ərəfəsində istər abituriyentlər, istərsə də tələbələr uğurlu nəticə əldə etmək üçün bu üsuladan istifadə edir. Ancaq dədə-babalarımızdan bizə bir növ bir adət kimi qalan bu üsulu ilahiyyatçılar heç də uğurlu bir seçim hesab etmir. 21-ci əsrdə yaşamağımıza baxmayaraq, görünür, bəzi adətlərin dəyişməsinə ehtiyac var.

Hacı Surxay - İlahiyyatçı: "Bir insan oxumazsa, istənilən müqəddəs ocağa getsə də, xeyri olmayacaq".

Dini ritual edərək imtahanda uğur qazanmaq məsələsinə hər kəs fərqli yanaşır. Şəhərdə apardığımız sorğu zamanı bəlli oldu ki, bu məsələdə insanlar iki qurupa bölünür.

Sakin: "Oxuyur, sonra gedir pirə, keçir. Elə bilir ki, pir edib".

Sakin: "Bəzi insanlar inanırsa, daxili rahatlıq tapırsa, pis bir şey yoxdur".

Bəzən pirlərə getmək şüuraltı problemindən də qaynaqlana bilir. Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, burda əsas məqsəd aqressiyanın qarşısını almaq və insanları qarşı-qarşıya qoymamaqdır:

"Birinin inancı başqa birinin şəxsiyyətinə toxunmursa, onun hər hansı bir məqsədinə çatmasına ritual etməsi özünə aid olduğunu düşünürəm".

Sadalananlardan belə bir nəticə çıxır ki, məqsədə doğru gedən yolda insanın hər hansı bir hərəkəti ona kömək olursa, buna görə onu qınamaq olmaz. Din isə mənəvi bir keyfiyyətdir. Bu dəyəri insanların xarakteri özünəməxsus bir şəklə salır. Bu xarakterlərin arasında pis ünsürlü xarakter varsa, bu zaman din əsl dinlikdən çıxır.


Xəbəri paylaş

1 1788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___