Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Azərbaycanda oruc tutanların sayı ARTIB
Tarix: 18-05-2018, 09:48 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Aktual | çapa göndər



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, Azərbaycanda 17 mayda Ramazan ayı başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.
 
Bu ayda müsəlmanlar İslamda vacib bilinən beş şərtdən birini yerinə yetirir - oruc tutur. Şəriətə görə, oruc tutmaqla ruhən və cismən saflaşan müsəlmanlar bununla həm İslam dininin əsas qaydalarından birini yerinə yetirir, həm də 30 gün müddətində aclığa qarşı öz iradələrini nümayiş etdirirlər.  
 
Tibb də orucluğu insan sağlamlığının qorunmasında gözəl vasitə sayır. Belə ki, bir ay pəhriz rejiminə əməl edən insanın orqanizmində maddələr mübadiləsi normaya düşür, zərərli maddələr bədəndən xaric olunur.
 
Bəs, Azərbaycanda oruc tutanların sayında artım varmı?
 
Orucluqla bağlı sual verənlər çoxalıb
 
Xəbəraz.Az xəbər verir ki,QMİ-nin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli  modern.az-a deyib ki, ölkədə oruc tutanların sayı ilə bağlı dəqiq bir  şey söyləmək çətindir:
 
“Amma Ramazan ayı ilə bağlı sualların sayına, yaxud namaz cədvəllərinə olan tələbata görə hesab edirəm ki, bu il  ötən illərlə müqayisədə  oruc tutan insanların sayı artıb. Çünki həddindən artıq çox insan  suallar ünvanlayır. Məsələn, imsak , iftar vaxtları ilə bağlı məlumat öyrənmək istəyənlər kifayət qədərdir. Ramazan ayında insanları həmçinin orucluğu batil edən şeylər, orucluğun fəlsəfəsi barədə (oruc tutmaqda məqsəd nədir və.s) suallar  maraqlandırır. Baxmayaraq ki , bunlarla bağlı hər il məlumatlar verilir, lakin yenə də maraq var, yeni yanaşmalar da ortaya qoyulur. Ola bilər ki, verilən cavablar bu gün aktuallığını itirər və növbəti illərdə yeni nəsil  fərqli suallarla müraciət edər. Təbii ki, bu müsbət haldır”.
 
“Din əleyhinə atılan addımlara  baxmayaraq İslam dini aktuallaşır”
 
 
Hacı Şahin Həsənli bildirib ki, insanların hansı niyyətlə oruc tutduğunu demək asan deyil:
 
“Bütün dünyada səmimi inanclı insanlarla yanaşı, fərqli məqsədlərlə oruc tutanlar, ibadət edənlər  ola bilir. Bu istiqamətdə yanlışlığa yol verənlərə doğrunu izah etdikdə ibadəti düzgün şəkildə yerinə yetirirlər. Ümumilikdə dünyadakı tendensiya belədir ki,  insanların dinə, dini dəyərlərə marağı artmaqdadır. Bütün əks təbliğatlara, din əleyhinə atılan addımlara  baxmayaraq İslam dini aktuallaşır.  
 
Müsəlman ölkələrində də bu tendensiya müşahidə edilir. Bu proses Azərbaycanda da belədir və bunun sağlam məcrada inkişaf etməsi, insanların  düzgün dini maarifləndirmə ilə dini tanıması çox müsbət haldır. Oruc tutanların da  ancaq özlərinə və cəmiyyətə faydası ola bilər”.
 
“Xalq QMİ-nin bəyan etdiklərinə əsaslanmalıdır”
 
QMİ rəsmisi  Ramazan ayının başlanması ilə bağlı yaranan ikitirəlikdən də söz açıb:
 
“Quranda qeyd  olunur ki, sizlərdən kimsə Ayı gördüyü zaman oruc tutsun. Ayın gözlə müşahidə edilməsi orucluğun başlanğıcı üçün şərt hesab edilir. Azərbaycanda bu məsələlərlə məşğul olan qurum Qafqaz Müsəlmanları İdarəsidir və Azərbaycanın səlahiyyətli dini qurumudur.
 
QMİ-nin tərkibində  bir komissiya yaradılıb. Bura Şamaxı Rəsədxanasının mütəxəssisləri, həmçinin din xadimləri daxil edilib.
Mən də eyni zamanda komissiyanın üzvüyəm. Yəni tam məsuliyyətlə deyirəm ki, bu məsələ həm elmi, həm də dini görüşlər əsasında  müəyyən olunur.
 
Şamaxı Rəsədxanasından gələn mütəxəssislər də, QMİ-nin iclasında bəyan ediblər ki, mayın 15-i axşam Azərbaycan ərazisində Ayın görünməsi qeyri-mümkün idi. Bu, sadə elmi  məsələdir. Maraqlıdır ki, insanlar bunu qəbul edə bilmir və Türkiyə necədirsə, o istiqamətdə hərəkət edirlər.
 
Düzdür,  Türkiyə bizə qardaş ölkədir, amma  biz dini qaydaları Quran kitabı, peyğəmbərlərimizin hədisləri  əsasında  özümüz müəyyənləşdiririk. Müasir dövrdə Ayı teleskop vasitəsilə  görmək mümkündür. Mən özüm də o prosesdə iştirak etmişəm. Bəzən ölkələrin coğrafi mövqeyi ilə , bəzən də ölkələrin dini yanaşması ilə bağlı müəyyən fərqlər yaranır. Lakin hər bir dövlətdə dini qurumlar var. Azərbaycanda da xalqımız QMİ-nin bəyan etdikləri istiqamətində addım atmalıdır”.

4088 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
18-07-2018
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___