Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təranə: Atasız qızlar başıqaxınclı, xoşbəxtliyə həsrət olur
Tarix: 16-05-2018 | Saat: 20:01
Bölmə:Karusel / Məşhurların Taleyi | çapa göndər


Prodüser Təranə Səmədova “Instagram” hesabındakı paylaşımla diqqət çəkib.
Mərhum atasının doğum günündə onun məzarı başından foto paylaşan prodüser üzüntüsünü dilə gətirib:
“Atasız qızın adı ağır olur” o qədər də ciddiyə almadığım bir söz birləşməsi idi, amma həyat mənə sübut etdi ki, atasız qızın boynu bükük, adı çox ağır, başıqaxınclı, uğursuz, xoşbəxtliyə həsrət olur... 
Allah sənə qəni-qəni rəhmət eləsin, arxamda olsaydın, sənin zəhmindən mənə batmağa, toxunmağa çox qorxardılar, ehtiyat edərdilər, amma yoxluğun çoxlarının ayağına yer verdi, nələr danışmadılar, nələr demədilər.
Lakin yenə də ayaqdayam, yaşamağa, güclü görünməyə davam edirəm. Kimin nə danışdığı, nə söylədiyi vecimə deyil. Əsas odur ki, öz şəxsiyyətimə hörmət edərək yaşamağa, ləyaqətimi qorumağa davam edirəm. 
Düşünürəm göylərdən özün mənə baxıb narahat olsan da, mənliyimə, “Əsl kişi qızıdır” sözlərindən məmnun, rahat uyuyursan...”


Xəbəri paylaş

1 5308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___