Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Mətanəti, Əkizləri niyə efirdən uzaqlaşdırmadız?” - Səidədən MTRŞ-ya
Tarix: 09-07-2015 | Saat: 00:37
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

“Mətanəti, Əkizləri niyə efirdən uzaqlaşdırmadız?” - Səidədən MTRŞ-ya


“Həyatda haqq deyilən bir söz var! Bəzən haqqı rüşvət, işinin naminə görməyib nahaq hərəkət edən insanlar var. Əgər insan demək olarsa… Bu çoxluqlar baş alıb gedir”.


Xeberaz.az “Qafqazinfo”-ya istinad xəbər verir ki, bu sözləri bir müddət əvvəl “Space” kanalından uzaqlaşdırılan aparıcı-müğənni Səidə Sultan sosial şəbəkədə yazıb.

Müğənni MTRŞ-nın düzgün qərar vermədəyini iddia edib:

“Azərbaycanımızda Televiziya Şurası deyilən bir qurum var. Baxın, Televiziya Şurası düzgünlükdən danışır. Mənim indi adını çəkdiyim xanımların heç biri ilə qərəzliliyim yoxdu. Mətanət verilişində xalqın hissinə toxunan sözlər dedi, ictimai qınaq oldu. Əkizlər milli pulumuzu cırdı. O da qınaq oldu. Televiziya Şurası niyə xalqa dəstək olub uzaqlaşdırmadı? Niyə?”.

Səidə efir zamanı işlətdiyi ifadəni səmilikdən irəli gəldiyini qeyd edib:

“Mənim səmimilikdən irəli gələrək dediyim söz belə ağır dərd oldu? Sizə məsləhətim var. Gedin dırnaqarası jurnalistləri təmizləyin. İşə götürənlər bir diplomuna, təcrübəsinə, dünyaya sağlam baxışına baxsın. Bir dəfə də oturub bunları təmizləyin. İnsanların fikrni gic-gic fikirlərə yönəldib, pis gələcəyə, sözbazlığa aparan insanlardan təmizləyin! Yoxsa səmimiliklə bambılılığı səhv salmayın. Elə sizin özünüzdə, Televiziya Şurasında böyük dəyişiklik etmək lazımdı. Çox istərdim rəhbərlik buna baxsın. Siz özünüz heç də aydan arı, sudan duru deyilsiz. Camaat çörəyi qulağına yemir. Söhbət o verilişdən getmir. Mən veriliş aparmıram xoruz yox idi? Səhər açılmırdı? Sadəcə belə haqsızlıq olanda göz yuma bilmirəm”.

Qeyd edək ki, dünən efirə gedən buraxılışda Səidə Sultan qonağı olan müğənni Rəhim Rəhimlinin Niyam haqqında dediklərinə “Adə, uşağımın xətrinə dəymə, cıraram səni” cavabı ilə reaksiya verib. Kanal rəhbərliyi sözügedən hadisədən sonra müğənnini efirdən uzaqlaşdırıb.


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
4-09-2015, 16:26 İlham Əliyev Xızıda

bütün xəbərlər
____ Instagram ___