Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ahmet Kaya- vətən xaini, yoxsa…
Tarix: 08-07-2015 | Saat: 22:15
Bölmə:Karusel / Şou-Biznes / Maraqlı / M2 / Xəbəraz TV / Məşhurların Taleyi | çapa göndər

Ahmet Kaya- vətən xaini, yoxsa…
Xeberaz.az unutmur və unutdurmur:
Sağlığında qazandığı şöhrət ölümündən sonra daha da çox oldu. Onu sevərək dinləyənlərin sayı sözssüz daha çox. Lakin sevməyənlərdə yetərincə idi. Omun türkülərinə, şarkılırana qulaq asıb, ona dava açanlar da yetərincə idi. Pafoslu çıxışlar, yalançı vətənpərvərliklər, boz millətçilik onun səsini batıra bilməsə də, özünü batırmağı bacardı. Kimdir axı, o. Kimdir ölümündən sonra daha çox dinlənilən və haqqında əfsanələr uydurulan Əhməd Qaya?
Bu səs onu ancaq sevgiyə aparmırdı
O, 1957-ci ilin 28 oktyabrında Malatyada anadan olub. Kürd əsilli Türk müğənnisidir. Kasıb böyüyüb, ailə imkansız olub. Yeniyetməlikdən əməyə qatlaşır. Məktəbdən sonra kaset satılan dükanda satıcı kimi işə başlayır. Ailəyə yardımçı olur. Amma qazandığə pullar yenə də ailənin ehtiyaclarını ödəmir. Ailə dolanışıq, xoş gün ardınca İstanbula köçür. İstanbul nəhəngliyində hər kəs tab gətirə bilməz, “əriyər, yox olar”, görünməz olar. Ahmet Kaya İstanbulda da müxtəlif işlərdə işləyir…
Həyatının enişi çoxmu olub, yoxsa yoxuşu? Birmənalı cavab vermək çətindir. Hər halda onun “yuxarıya olan dartınışı” sünü əngəllərlə qarşılanıb. Özgürlüyünə rəğmən, qadağalar, həbslər yaşanır onun ömründə. 16 yaşında ikən özünün qeyri-qanuni afişasını çap etdirdiyinə görə həbs edilir. Artıq bir tikə çörəyin məhrumiyyətini görmüş gənc Amet, fikir azadlığından da yana sədlərlə, qadağalarla üz-üzə gəlir. Həbsxana həyatından sonra bir neçə dostu ilə birlikdə dərnəkdə işə başlayır. Burda işləmək Ahmet Kaya böyük imkanlar yaradır. Sanki onun şansı gətirirdi. Boğaziçi Universitetinin təşkil etdiyi bir tədbirdə, o, Ruhi Su ilə tanış olmaq fürsəti tapır. Və həmin törəndə Ruhi Suyun “Mahsus Mahal” adlı türküsünü oxuyur… Ona Yaradan tərəfindən səs verilmişdi və bu səs onu ancaq sevgiyə aparmırdı. Bu ilahi səs onun ömrünün cismani olara zədələnməsinə, məhv olmasına aparırdı…
Türkiyə Cümhuriyyətində siyasi hadisələr daima gərgin olub. 12 Sentyabr hadisəsi bir çoxları kimi onun da həyatını dəyişdirdi, zərbə endirdi. Həmin hadisələrdə onun bütün dostları həbs edilir. Ahmet Kaya həmin dövürdə musiqisi, mahnıları ilə siyasətin içində idi. O, siyasi mahnılar bəstələsə də, özü ifa etsə də, amma həmin mahnılardan ibarət albom çıxartmaq üçün val şirkəti tapa bilmədi. Heç bir şirkət sahibi özünü bu ağır yükün altında görmək istəmədi. Amma mahnıları dildən-dilə gəzdi.. .Qəlblərə qadağalar qoymaq olmurdu axı, onun mahnıları “ürəkdən tikan çıxarırdı”…
O, Türkiyə vətəndaşı idi. Türk ordusunun tərkibində vətənə xidmət borcunu da ödəməliydi.1978-ci ildə əsgər həyatı yaşayır. Əsgər olan Ahmet Kaya hərbi orkestrada musiqiçi kimi faliyyətə başlayır. Musiqi onun iliklərindən keçən xoş sızıltı idi… Əlbətdə ki, türk xalq mahnıları və yeni bəstələr…Türkün musiqi dili, danışıq dili, ədəbi dili, Türk kişisinin onda olan ilahi səsdən dolayı ona yaranan sevgisi onun şöhrətinin son zirvələrinə doğru çəkirdi. Bu cür anacaq türk sevə və sevdiyinin məhvinə fərman verə bilərdi, demirəm. Ahmet Kaya yaşantılarından çox-çox öncə Nazim Hikmətə olan sevgi və bu sevginin ona gətirdiyi mühacir həyatı, sarsıntı, ağrı kimi…
Əsgərlikdən qayıtdıqdan sonra Emine Kaya adlı xanımla ailə həyatı qurur. Bu evlilikdən iki qız atası olur. Adına ömür-gün, həyat yoldaşı deyilən qadın da bununla uzun, məşəqqətli yolu birgə
getmək istəmir. İşsizlikdən maddi sıxıntı yaşayan Ahmet Kaya yanında olmaqdansa onun tərcümeyi-halına bu cür daxil olur; Ahmet Kaya birinci evliliyi çox uzun sürmür- Emine Kaya ondan boşanır….
“Ağlama bebeğim”
Onun, üzərində illər boyu çalışdığı “Ağlama bebeğim” ilk albomu 1985-ci ildə çıxır. İlk albomun sevincini yaşaya bilmir. Həmin albomun satışına bir müddət qadağa qoyulur. Fanatları tərəfindən albomda olan mahnılar gizli şəkildə yazılaraq yayılır. Mahnılar artıq dillərdə əzbər olmaqla könüllərdə özünə yer tapır. Və elə həmin il İstanbul Şan Teatrının kiçik zalında bir konsert verir. Konsertdən sonra albonunun satışına olan qadağa aradan götürülür. Bu arada, elə həmin il “Acılara tutunmaq” adlı ikinci albomunu buraxır. Hər iki albomu onu tanıtsa da, maddi cəhətdən imkanlarını yaxşılatsa da, amma məşhurlaşdıra bilmədi.
İnqilabçı müğənni
1986-ci il də Ahmet Kaya üçün həyatının uğurlu günün yeni səhifəsi açılır. Yeni albomu “Şafak türküsü” nü onun 3-cü cəhdi kimi də xarakterizə etmək olar. Bu albom Türkiyədə satış görə rekordluğu ələ alır. Alboma adını verdiyi mahnısının sözlərini isə 12 sentyabr hadisələrinə görə həbs edilərək edam cəzasına məhkum olan Nevzat Çelik yazmışdı. Türkiyədə artıq hər kəs Ahmet Kayadan danışırdı. Hamı onu bir inqilabçı müğənni kimi tanıyırdı. Onun mahnılarında azdlıq ruhu ilə yanaşı, naqhaqdan axıdılan göz yaşları, axıdılan qanlar, beyinlərə sıxılan kurşunlar “boy verirdi”.
“Yorğun demokrat”
Ahmet Kaya 1987-ci ildə buraxdırdığı “Yorğun demokrat” və 1988-ci ildə isə yazdırdığı “Başkaldırıyorum ” albomları ilə daha böyük uğurlara imza atdı. Xalq tərəfindən daha da sevildi. Amma bu albomların gətirdiyi uğur sevincinin ardından yenə də prokrorluğa çağırılır, ondan izahat alınır.
Ahmet Kaya albom işləri ilə yanaşı olaraq şəhərlərdə xalq konsertləri verirdi. Ona olan böyük sevgiyə, mahnılarının yaratdığı coşğuya baxmayaq sənətçiyə “bölücü” damğası vurmuşdular. Onun pərəstişkarları ilə görüşməyə mane olurdular.
Mükafat aldı və salondan qovuldu
1999-cu ildə maqazin dərnəyinin mükafat törənində ona ilin ən yaxşı sənətçisi ödülünü təqdim etdilər. Mükafatı alarkən etdiyi çıxışında bildirdiyi ifadərinə görə xain damğası vurularaq, üzərinə həqarətlər səsləndi. Və salonun mühavizəçiləri tərəfində tədbirdən uzaqlaşdırıldı.
Çox keçmədi, elə həmin günün səhərisi Ahmet Kaya İstanbul Dövlət Təhlükəsizlik Məhkəməsində 10.5 il ağır həbs istəyi ilə iki ayrı cinayət işi açıldı… O, vətənə, millətə xəyanətdə suçlanırdı.
“Şərəfsiz demişəm və deyəcəm də”
İllər sonra sonuncu mətbuat konfransını keçirərkən Ahmet Kaya bu ifadələri işlədəcək: “Heç bir zaman dövləti parçalamadım. Türk xalqına şərəfsiz demədim. Mən türk və kürd xalqlarını düşmən edənlərə şərəfsiz demişəm və deyəcəm də. Məni öldükdən sonra yox, indi anlasınlar”.
16 iyun 1999-cu ildə Türkiyədən Parisə, mühacir həyatı yaşaması üçün getməli oldu. Ömrünün son günlərini, həyatının son akkordlarını sürgün həyatı yaşamada bitirdi…
Ahmet Kaya 2000-ci ildə Parisdə ürək çatışmamazlığından öldü. Ölümündən sonra yenidən gündəmə gətirildi, yenidən əfsanəyə döndü.
Ahmet Kaya “Bir bədəl ödənməlidir” – deyimi var. O, həmin bədəli canı ilə ödədi…
Akşamlar belə bitər
Həmişə belə dərdli
Belə hüzünlü bitər.
Evlilər evinə gedər,
Quşlar yuvaya dönər
Təkcə sən getmə məndən
nolar getmə içimdən.
Bir bax, yaralıyam mən,
Bu gedən sərnişinlərdən
Ən çox şansızı mənəm
Nə qədər çox yaşadıqsa
O qədər də çox təkəm.
Məni bir az da sən ağla
Ölərkən həsrətəm sənə
Bir tək sən məni anla.


Xəbəri paylaş

1 3248 dəfə oxunub.

Digər xəbərlər
15-02-2016, 00:47 Bakı sakini aldadıldı

bütün xəbərlər
____ Instagram ___