Əliyeva bacıları və nazirlər Bakı marafonunda
Tarix: 13-05-2018 | Saat: 11:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2018”-ə start verilib.
Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin bir sıra nazirlər də iştirak edir.
"Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur.
Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
"Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur. Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak edirlər.
Bakı marafonuna Azərbaycan regionlarının - Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də qoşulub.
Xəbəri paylaş
1 7918 dəfə oxunub.
Digər xəbərlər

5-05-2016, 20:14
Erməni hərbçi yanaraq öldü
16-06-2016, 15:40
Bakıda ağır qəza: Yaralı var - Foto
1-08-2016, 00:45
Astroloji proqnoz - 01 avqust
4-05-2023, 15:22
Sabah 25 dərəcə isti olacaq
23-03-2017, 12:51
Azərbaycanlı məşhur qəzaya düşdü - Gecəni xəstəxanada keçirdi - FOTO
23-04-2022, 11:00
Qabıq və meyvə arasındakı ağ hissəni mütləq yeyin
28-02-2022, 12:57
Ukrayna Rusiyanın itkilərini açıqladı - 5300 ölü, 200 tank...
24-03-2020, 14:11
"Azərsu" bu sayğacların oxunmasını müvəqqəti dayandırır