Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Darçının müalicəvi xüsusiyyətləri. RESEPTLƏR
Tarix: 09-05-2018 | Saat: 11:32
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər


Ətirli darçın adətən şirniyyatların, ət xörəklərin bişirilməsi zamanı istifadə olunur. Lakin bir çox insanlar bilmir ki, darçın həm də güclü müalicəvi xüsusiyyətlərə malikdir.
1. Darçın güclü iltihab və mikrob əleyhinə təsirə malikdir. Soyuqdəymə zamanı darçın çox yaxşı müalicəvi təsir edir. 1 fıncan isti suya 1 çay qaçığı bal və 1 çimdik darçın əlavə edib qarışdırın və için. Bu vasitə iltihabın əlamətlərini azaldır, immuniteti möhkəmləndirir.
2. Ədviyyat bağırsaqlara antiseptik təsir edir, mikrofloranı yaxşılaşdırır, ishal zamanı xeyirlidir.
3. Darçın qurdəleyhinə təsirə malikdir. Bu səbəbdən uşaqlara sıyıqlar bişirdikdə darçın əlavə edin.
4. Bir çox digər ədviyyatlar kimi, darçın xərçəngəleyhinə təsirə malikdir.
5. Darçın güclü antioksidant xüsusiyyətləri var, orqanizmdə gedən qocalma prosesləri ləngidir.
6. Elmi araşdırmalar göstərib ki, darçın qanda şəkərin səviyyəsini aşağı salır. Bu səbəbdən bu ədviyyat şəkər xəstələri üçün çox faydalıdır.
7. Darçın ürək-damar sistemi üçün çox faydalıdır - qanı duruldur, trombların əmələ gəlməsinin qarşısını alır, qanda pis xolesterinin səviyyəsini aşağı salır, ürək əzələsinə müsbət təsir edir.
8. Darçın beyinin fəaliyyətinə müsbət təsir edir, yaddaşı, əhval-ruhiyyəni yaxşılaşdırır.
9. Darçın qədim zamanlardan kişi gücünü artıran vasitə kimi tanınır. Ədviyyat potensiyanı yaxşılaşdırır. Potensiyanın zəiflənməsi zamanı müalicə ilə yanaşı ballı-darçınlı suyu da istifadə etmək olar.
10. Darçın arıqlamaq məqsədi ilə də geniş istifadə olunur. Ədviyyat maddələr mübadiləsini yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir. Arıqlamaq məqsədi ilə belə dəmləmə hazırlamaq olar. Axşamdan termosda 1/2 l suda 1 ovuc itburnu, 1/3 çay qaşığı darçın və 1/3 çay qaşığı zəncəfil dəmləyin və növbəti gün ərzində için. Bu çox faydalı dəmləmədir - orqanizmi təmizləyir, iltihabları azalıdır, maddələr mübadiləsini yaxşılaşdırır, arıqlamağa kömək edir.
11. Qəhvəyə 1 çimdik darçın əlavə edin. Çox dadlı və faydalı içki alınacaq.
12. İstənilən digər ədviyyatları kimi darçını da çoxlu miqdarda qəbul etmək olmaz. Bu baş ağrılarına, əsəbiliyə, hipertoniyadan əziyyət çəkən insanlarda təzyiqin artmasına səbəb ola bilər, qara ciyərə mənfi təsir edə bilər.
13. Ən yaxşı və faydalı darçın Seylondan gətirilir. Darçını alıb (qəhvəyi rəngdə borucuqlar şəklində satılır) evdə üyüdmək daha yaxşıdır.


Xəbəri paylaş

1 1058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___