Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan ilk dəfə "Eurovision"un finalına çıxa bilmədi - VİDEO
Tarix: 09-05-2018 | Saat: 11:25
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Azərbaycan ilk dəfə "Eurovision"un finalına çıxa bilmədi - VİDEO
Bu gün Lissabonda "Eurovision-2018" mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi baş tutub. Azərbaycan müsabiqədə iştirak etməyə başladığı 2008-ci ildən bu yana ilk dəfə olaraq final mərhələsinə vəsiqə qazana bilməyib.
Aysel Məmmədova ilk yarımfinalda 1 nömrə altında “X my heart” mahnısı ilə çəxış edib.
İlk yarımfinalın 19 iştirakçısından 10-u finala çıxıb:
Avstriya, Cesar Sampson (Nobody But You),
Estoniya, Elina Nechayeva (La Forza),
Kipr, Eleni Foureira (Fuego),
Litva, Ieva Zasimauskaite (When We’re Old),
İsrail, Netta (Tou),
Çexiya, Mikolas Josef (Lie To Me),
Bolqarıstan, EQUINOX (Bones),
Albaniya, Eugent Bushpepa (Mall),
Finlandiya, Saara Aalto (Monsters),
İrlandiya, Ryan O’Shaughnessy (Together)
Finala Azərbaycanla yanaşı İslandiya, Belçika, Belarus, Makedoniya, Xorvatiya, Yunanıstan, Ermənistan və İsveçrə də vəsiqə qazana bilməyib.
Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.
***
Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
APA-nın xəbərinə görə, Azərbaycanı təmsil edən Aysel Məmmədova səhnəyə birinci çıxaraq "X my heart" mahnısını ifa edib.
Birinci yarımfinalda 19 ölkə finala keçmək uğrunda yarışır. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Portuqaliya və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"-in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.



Xəbəri paylaş

1 0328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___