Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rauf Talışinski sabah dəfn olunacaq
Tarix: 08-05-2018 | Saat: 13:33
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər






Xəbər verdiyimiz kimi “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib. Lent.az-ın əməkdaşı hazırda mərhum jurnalistin evindədir. Əməkdaşımızın məlumatına görə, Rauf Talışinskinin meyiti ekspert müayinəsindən keçmək üçün morqa aparılır. "Exo" qəzetinin baş redaktoru evdə tək olub. Bu barədə hadisə yerinə baxış keçirən polis kapitanı məlumat verib.
 
Bu məlumatı mərhumun ailəsinə yaxın olan kəslər də təsdiqləyib.  Onun meyitini səhər evə gələrkən xadimə aşkarlayıb.
 
Mərhum baş redaktor sabah dəfn olunacaq. Rauf Talışınskinin harada dəfn edilməsi hələlik məlum deyil. Dostları dəfn üçün müvafiq yer müəyyənləşdirilmədiyini bildiriblər. Həyat  yoldaşının hazırda Amerikada olduğunu deyiblər.
 
 
Qeyd edək ki, Rauf Talışinski "Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb, 27 Yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru olub.






Xəbəri paylaş

1 6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___