Allah kimi istəsə hidayət edər – nə deməkdir?
Tarix: 05-05-2018 | Saat: 09:46
Bölmə:Karusel / İbadət | çapa göndər
Qurani-Kərim buyurur ki, Allah kimi istəsə hidayət edər. Bu ayənin mənası nə deməkdir? İnsan yolunu seçmək məsələsində üç mövzu ilə rastlaşır: Uca Allahla bağlı, insanlarla bağlı və lənətlik şeytanla bağlı.
Əslində bunun kimi ayələr insanı təfəkkür etməyə dəvət edir və buyurur ki, bu üç amil – tövhidə aid amillərdir. Biz əməldəki tövhidə etiqad bəsləməliyik və qəbul etməliyik ki, bu dünyada baş verən hər bir şey – Allahın vasitəsilə baş verir. Əgər insan bu həqiqəti qəbul etməzsə, yolunu azanlardan və şeytana (lən) itaət edənlərdən olar.
“Kafirlər əsla irəli keçmiş olduqlarını (Bizim səltənətimizdən xaric olduqlarını) zənn etməsinlər. Şübhəsiz, onlar Bizi aciz edə bilməzlər (Bizim əzabımızdan qaçıb qurtula bilməzlər)”. (“Ənfal” 59).
Bu üç amildən hər birinin öz təsiri olar. Allah Təala insanı haqqa dəvət edər. İnsan seçim edər. Amma şeytan (lən) onu yolundan azdırmağa çalışar. “(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi).
Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır»”. (“İbrahim” 22).
Allah insanı elə xəlq etmişdir ki, özü seçim edə bilsin. Haqqı və batili tanıyandan sonra seçim etmək – onun haqqıdır. Lakin əməllərinin nəticəsinə də gərək hazır olsun.
Ona görə də Allahın kimləri istəyir hidayət etməsi ayəsi dəqiq məna əldə edir. Belə ki, insan özü seçim edər – əgər yolunu azmağı seçərsə, Allah bu məsələdə nə etməlidir ki? O, artıq öz taleyini özü bu yolda qərar vermişdir. Ancaq əgər haqq yolunu seçərsə, Allah həmin şəxsin dayağı olar və onu doğru yola hidayət edər.
“Allah iman gətirmiş kəsləri möhkəm söz (tövhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir”. (“İbrahim” 27).
Gördüyümüz kimi, burada da iman gətirmiş kəslərə sabitqədəmlik, özünə və digərlərinə zülm edənlərə isə zəlalət kimi acı bir aqibət müəyyənləşdirilir. Yəni, seçim yenə insanındır – aqibət də bu seçimə uyğun təyin edilir.
Xəbəri paylaş
1 2248 dəfə oxunub.
Digər xəbərlər

25-08-2016, 10:42
İtaliyada zəlzələdə ölənlərin sayı 247-yə çatıb - YENİLƏNİB
3-07-2016, 18:04
Dəhşətli terrorda ölənlərin sayı 160-ı keçdi - YENİLƏNİB
21-12-2017, 13:17
Paraqvay parlamenti Xocalı soyqırımını tanıyıb
27-10-2016, 13:06
“Onlar hər hansı qapıya girmək üçün öz prinsiplərini satmırlar”
19-08-2021, 00:43
Əfqanların son ümidi: “Əfsanəvi komandir”in oğlu ölkəyə gəldi – FOTO
14-07-2022, 11:09
"Kənddə gəzməyə utanıram" deyən Nicat həyat yoldaşının boğazını niyə kəsib? - TƏFƏRRÜAT - VİDEO
10-10-2015, 13:19
Türkiyə Azərbaycanla birlikdə Qərbin yanına qayıdır?
15-05-2017, 10:14
Bu qidanı hər gün yeyən adamın gözlərində qurd olur
2-05-2022, 13:05
Azərbaycan məscidlərində bayram namazı qılındı
19-06-2015, 16:31
Çin bu kəndə niyə heç kimi buraxmır?