6 özəl klinikanın bağlandı
Tarix: 08-07-2015 | Saat: 15:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
3 klinikaya stasionar xidmət göstərmək qadağan edildi
Səhiyyə Nazirliyi özəl tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi yoxlama tədbirləri həyata keçirib.
Xeberaz.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin vaxtında qarşısının alınması istiqamətində keçirilən yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.
Belə ki, 2015-ci ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin ("VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" Müəssisəsi, "Nihat Klinikası" MMC) fəaliyyəti (müəyyən olunmuş tarixədək) dayandırılıb.
Üç özəl tibb müəssisəsinə ("Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, "Medservis" Özəl Tibb Mərkəzi) verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılmışdır.
Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.
Xəbəri paylaş
6728 dəfə oxunub.
Digər xəbərlər

12-09-2016, 10:41
Ermənilər atəşkəsi 14 dəfə pozub
13-06-2015, 20:00
Azərbaycanın növbəti medalı (CANLI YAYIM)
25-01-2017, 20:19
Bakıda tikilən sosial evlər belə olacaq - GÖRÜNTÜ - PLAN
20-02-2020, 08:04
Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir
14-07-2016, 02:47
2 qadın “McDonald's”-da satıcını döydü - VİDEO
17-11-2022, 13:59
"Səhər işə getdim, axşam qayıdanda gördüm ev yoxdur"... - Vətəndaşın başına oyun açdılar // VİDEO
22-10-2017, 17:46
Feyxoa hansı orqanlar üçün faydalıdır?
16-07-2020, 13:48
Aqil Acalov : Azərbaycan xalqı öz dövləti və ordusu ilə həmrəydir.
21-01-2017, 11:33
HƏR ŞƏNBƏ GÜNÜ SİMA NƏSİROVA KÜLƏYİ ƏSƏCƏK – FOTO
22-07-2021, 09:37
Şabranda ata oğlunu bıçaqladı