Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Abşeronda yük maşını sərnişin avtobusu ilə toqquşdu - 4 yaralı
Tarix: 03-05-2018 | Saat: 09:43
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Abşeronda yük maşını sərnişin avtobusu ilə toqquşub.
 
Hadisə "Xırdalan dairəsi" kimi tanınan ərazidən Mazasır qəsəbəsinə gedən istiqamətdə baş verib.
 
Belə ki, dairədə "Shacman" markalı yük avtomobili idarəetmədən çıxaraq, əvvəlcə 50-DX-218 dövlət qeydiyyat nişanlı "İsuzu" markalı sərnişin avtobusuna, sonra dayanacağa çırpılıb. Hadisə zamanı avtobusda olan 4 nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Onlardan 1986-cı il təvəllüdlü Mahmudov Samin Sahib oğlu və 1963-cü il təvəllüdlü Cabbarova Məlahət Yusif qızının vəziyyəti orta-ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.
 
Faktla bağlı Abşefon Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
 
Hadisənin dəqiq səbəbləri araşdırılır.


Xəbəri paylaş

7628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___