Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AL: Finala kim çıxacaq?
Tarix: 03-05-2018 | Saat: 09:36
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər


Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Atletiko” “Arsenal”ı, “Zalsburq” isə “Marsel”i qəbul edəcək.
 
İlk oyunda Londonda 1:1 hesablı bərabərliyə nail olan “Atletiko” doğma meydanda finala çıxmaq üçün oynayacaq. Səfərdə 80 dəqiqə azlıqda oynamasına baxmayaraq, lazımi nəticəni qazanmağı bacaran Dieqo Simeonenin yetirmələri üstünlüyü əldən vermək istəmir. “Hindular”a hətta qolsuz bərabərlik də sərf edəcək. “Arsenal” səfərdə oynamasına baxmayaraq, finala çıxmaq üçün əlindən gələni etməyə çalışacaq.

Avropa Liqasında mövsümün sürprizi hesab olunan “Zalsburq” bu dəfə çətinliklə üzləşib. Fransada “Marsel”dən iki cavabsız qol buraxan avstriyalılar doğma meydanda ən az 3 cavabsız qol vurmalıdır. Fransızlar isə əldə etdikləri üstünlükdən asanlıqla vaz keçmək istəmirlər.
 
Avropa Liqası
Yarımfinal, cavab oyunları
3 may
 
23:05. “Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (London, İngiltərə)
Baş hakim: Canluka Rokki (İtaliya)
Madrid, “Vanda Metropolitano” stadionu
İlk oyun: 1:1
 
23:05. “Zalsburq” (Avstriya) – “Marsel” (Fransa)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Zalsburq, “Redd Bull Arena”
İlk oyun: 0:2


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___