Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərəb turistlərin Azərbaycana axın etməsi aviaşirkətləri hərəkətə keçirib
Tarix: 02-05-2018 | Saat: 09:32
Bölmə:Karusel / Gündəm | çapa göndər



Azal Səudiyyə Ərəbistanın daha bir neçə böyük şəhərlərinə birbaşa uçuşlar həyata keçirəcək. Artıq qarşı tərəflə danışıqlar aparılıb və razılıq da əldə olunub. Turizim ekspertləri bu anlaşmanın yaxın şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcəyi qənaətindədirlər.

Ölkəmizə səfərə gələn ərəb turistlərinin sayının günü-gündən artması artıq yerli aviaşirkətimizi hərəkətə keçirib. AZAL Səudiyyə Ərəbistanının daha bir neçə böyük şəhərlərinə uçuş həyata keçirmək üçün danışıqlara başlayıb. Aviaşirkət may ayından başlamaqla Səudiyyə Ərəbistanının Dammam, Ər-Riyad, Ciddə, Qassim, Hail və Basra şəhərləri istiqamətində müntəzəm reyslerin həyata keçirilməsi üçün razılıq əldə edib.
Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, əvvəllər bu şəhərlərdən ölkəmizə birbaşa uçuş olmadığı üçün, həmin şəhərlərdən Azərbaycana gələn turistlər həm əlavə xərcə düşürdülər həm də vaxt itirirdilər. Ancaq yeni reyslərin açılması turistlər üçün əlvaə imkanlar açacaq
Ekspertin fikirincə, yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verməklə yanaşı, yerli turistlərimiz üçün müqəddəs ziyarətgahları daha əlçatan edəcək. Bundan başqa iki ölkə arasında işgüzar münasibətləri də dərinləşdirəcək.
Rəhman Quliyevin sözlərinə görə, ərəb turistlər yeni imkanlar vasitəsi ilə Azərbaycandan 3-cü ölkəyə də çox rahat şəkildə və böyük xərc çəkmədən gedə biləcəklər.


Xəbəri paylaş

5618 dəfə oxunub.

Digər xəbərlər
11-03-2015, 23:59 Maraql şəkilər

bütün xəbərlər
____ Instagram ___