Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ana iki uşağını boğandan sonra yandırdı
Tarix: 30-04-2018 | Saat: 23:19
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər

Rusiyada dəhşətli qətl
Rusiyanın Nijni-Novqorod şəhərində dəhşətli hadisə baş verib. Ana öz uşaqlarını xüsusi amansızlıqla öldürüb.
27 yaşlı Yelena Kərimova kirayə götürdüyü avtomobildə dörd yaşlı qızı Xədicəni və iki yaşlı oğlu Süleymanı boğub.
Daha sonra o, uşaqların cəsədini şəhərdən kənara çıxararaq, yandırıb. 
Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib. 
Uşaqların qalıqlarından onların cinsini müəyyən etmək mümkün olmayıb. 
Araşdırmalar zamanı hadisədən əvvəl 27 yaşlı qadının yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzil aldığı müəyyənləşib. O, benzini aldıqdan sonra Semenovsk rayonundakı meşəyə gedib.
Ancaq mühafizəçilərin onu tuta biləcəyindən qorxan qadın oradan uzaqlaşıb və uzun müddətdir istifadə edilməyən tərəvəz bazasına gəlib. 
Saxlanılandan sonra Nijne-Novqorod sakini olan qadın olanları etiraf edib və bildirib ki, o, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün azyaşlıları öldürmək qərarına gəlib. 
İstintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb. 
Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları sevdiyini bildirib.
“O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, - Kərimova aprelin 21-də paylaşıb. 
Amansız cinayətlə əlaqədar “Azyaşlıların qətli” ittihamı ilə cinayət işi başlanılıb. Qadını ömürlük həbs cəzası gözləyir. 
(oxu.az)
 










Xəbəri paylaş

9968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___