Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rasim Balayevin səhhətindən xəbər var
Tarix: 29-04-2018 | Saat: 14:51
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Rasim Balayevin səhhətindən xəbər var
Xalq artisti Rasim Balayevin səhhəti normallaşıb. 
Xəbəraz.az xəbər verir ki, bu barədə modern.az-a R.Balayev özü məlumat verib.
 
Bu ilin martında Mərkəzi Gömrük Hospitalında əməliyyat olunmuş aktyor ev şəraitində müalicəsini davam etdirdiyini bildirib:“Demək olar ki, yaxşıyam. Aradabir həkim müayinəsinə gedib-gəlirəm. Nəticələr pis deyil. Həm yaş da artıq öz sözünü deyir, nə etsək də qocalırıq”.
Yenidən səhnələrə qayıtmasına gəlincə, aktyor Azərbaycan kinosunun hazırkı vəziyyətindən xeyli şikayətlənərək, bu barədə düşünmədiyini vurğulayıb.
Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alındı. Xalq artistinin müalicə xərcləri dövlət tərəfindən ödənilib. R.Balayev martın 14-də Mərkəzi Gömrük Hospitalında uroloji problemdən dolayı əməliyyat olunub.


Xəbəri paylaş

9378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___