Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Pensiyalarla bağlı nazirlikdən AÇIQLAMA
Tarix: 27-04-2018, 15:29 | Saat: 15:47:00
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər



Azərbaycan dövlətinin pensiya təminatı sistemi qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutur və bu ödənişlərin məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən açıqlamaya görə, Azərbaycanın pensiya qanunvericiliyi dünya praktikasında qəbul olunmuş ədalətli yanaşmaya əsaslanır. Bu sistem sığorta prinsiplərinə əsaslanır. Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır
Yəni, pensiya hüququnun əldə edilməsi üçün hər bir şəxsin sistemdə fərdi hesabı olmalı, əldə edilmiş gəlirlərdən müəyyən edilmiş normativlərə uyğun sosial sığorta haqqı ödənilməlidir. Həmin vəsaitin hesabda fərdi uçotu aparılmalıdır və şəxs pensiya yaşına çatdıqda həmin uçot məlumatları əsasında vətəndaşa pensiya təyin edilməlidir.
Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində də dövlət pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi əsasən sığorta prinsiplərinin genişləndirilməsi yolu ilə həyata keçirilir. Sığorta prinsiplərinin gücləndirilməsi isə toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığını təmin edir. Bu da həmin sistemlərin iştirakçılarına münasibətdə ədalətliliyi təmin edir. Yəni vətəndaş ödədiyi sosial sığorta haqqına mütənasib şəkildə pensiya məbləği almalıdır.
Təəssüf ki, bəzi ekspertlər sosial sığorta sistemini sosial yardım sisteminə bərabər tuturlar. Beləliklə, ictimaiyyətdə mövcud pensiya təminatı sisteminin ədalətsiz olması barədə rəy formalaşdırmağa çalışırlar. Onlar özləri pensiya təminatında işləyən və sosial sığorta haqqı ödəyən şəxsləri işləməyən və sosial sığorta haqqı ödəyən şəxslərə bərabər hesab edirlər. Bununla da ədalətsiz yanaşmanı ortaya qoyaraq, formalaşdırdıqları rəyin düzgün olmadığının fərqinə varmırlar. Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır. Əksinə, onların aradan qaldırılmasına yönəldilməlidir. Bu sistem insanları əmək fəaliyyəti ilə məşğul olmağa, dövlət ödənişlərini etməyə maraqlandırmalıdır.
Beynəlxalq təcrübəyə uyğun olaraq, ölkəmizdə pensiya təminatı ilə əhatə olunmayan və ya bu hüququ qazana bilməyən şəxslərin də sosial müdafiə sisteminin digər proqramları ilə əhatə olunmaq, təminat əldə etmək hüquqları var.
Qanunvericiliyə görə, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə, o, yaşa görə sosial müavinət almaq hüququna malikdir. Eləcə də həmin şəxslər ünvanlı dövlət sosial yardım proqramına müraciət edə bilərlər.
Pensiya təminatı sistemində 2017-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklər ölkədə layiqli pensiya təminatı imkanlarının gücləndirilməsinə imkan verib. Bu islahat tədbiri vətəndaşların sığorta-pensiya sistemində daha fəal iştirakını təşviq edir. Beləliklə də, şəxsin pensiya hüququnun onun sosial sığorta sistemindəki iştirakına əsasən müəyyən edilməsi kimi qabaqcıl dünya pensiya praktikasında qəbul olunmuş ədalətli yanaşmaya əsaslanır.
Pensiya təyinatının bilavasitə toplanmış sığorta kapitalı ilə uzlaşdırılması nəticəsində əvvəllər tətbiq olunan 12 illik staj tələbi də aradan qaldırılıb.
Belə ki, əgər sığorta kapitalı minimum pensiya məbləği qədər pensiya təyin olunmasına imkan verirsə, pensiyaçıya münasibətdə artıq heç bir staj tələbi qoyulmur. Alternativ olaraq isə onun minimum pensiya təminatı almaq üçün 25 il stajı olmalıdır. İşləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı da verilib.
Pensiya qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunub. Bu o deməkdir ki, fərdi uçot sistemində fərdi şəxsi hesabı açılmış hər bir şəxsə bu hesabındakı pensiya kapitalını artırmaq üçün əlavə imkanlar yaradılıb.
Qeyd olunan islahat tədbirinin pensiyanın orta aylıq məbləğinin azalmasına səbəb olacağı fikri də əsaslı deyil. Belə ki, ölkəmizdə pensiyanın orta aylıq məbləği 01 aprel 2018-ci il vəziyyətinə 218,03 manatdır ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz yuxarıdır. O cümlədən 01 aprel 2018-ci il vəziyyətinə yaşa görə pensiyanın orta aylıq məbləği 244,36 manat təşkil edir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 9,3 faiz yuxarıdır.


4178 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
____ Instagram ___