Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOYSUZ ERMƏNİLƏRİN SOYQIRIMI SİYASƏTİ
Tarix: 27-04-2018 | Saat: 11:12
Bölmə:Karusel / Siyasət | çapa göndər



Tarixi mənbələrə əsasən Rusiya dövlət kimi mövcud olduğu vaxtdan yaxın dövrədək Türklərə qarşı nifrətə köklənmişdi. Birinci Pyotrun vəsiyyətnaməsində belə bir cümlə var: “Nəzərdə tutduğumuz böyük Rusiyanı reallaşdırmaq üçün Şərqin ürəyi olan Konstantinopola sahib olmalıyıq”.
Yenə də tarixi faktlara istinadən erməni amili Çar Rusiyasının Şərq siyasətində istifadə edə biləcəyi siyasi vasitələrin ən önəmlisi olmuşdur. Şərq müsəlman ölkələri arasında Osmanlı əsas yer tutduğuna və aparıcı qüvvə olduğuna görə Çar Rusiyası bütün gücünü ona qarşı istiqamətləndirməyi vacib hesab edirdi. Aparılan bütün əməliyyatların siyasi mahiyyətində də daxildən parçalama əsas məqsəd olaraq qarşıya qoyulmuşdu. Tarixçi alim V.Quko Krayjinin 1926-cı ildə nəşr edilmiş “Böyük Sovet Ensiklopediyası”nda erməni məsələsi ilə bağlı yazdığı məqalənin üzərində ümumiləşdirmə aparıb, onun əsas qayəsini ehtiva edən iki istiqaməti aşağıdakı kimi göstərmək olar:
I. Erməni məsələsi Şərq məsələsinin bir hissəsidir və ona (daxili və xarici olmaqla) iki istiqamətdən yanaşılmalıdır. Böyük dövlətlərin Osmanlını daha asanlıqla işğalına görə onun mərkəzdənqaçma qüvvələrini gücləndirmək, beləliklə də ölkənin zəifləməsinə şərait yaratmaq.
II. Ermənilər öz burjaziyalarının rəhbərliyi altında milli müqəddəratlarının müstəqil həlli üçün iqtisadi-siyasi amillərin əldə edilməsi uğrunda mübarizəyə cəlb edilmişdir ki, bu plan da ölkənin ərazi bütövlüyünün parçalanmasını təmin etməli idi.
Aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlmək olur ki, Osmanlı dövlətinin daxilində çaxnaşma və üsyanların ideoloji təşkilatçıları sırasında xüsusi rolu olan, 1864-1876-cı illərdə Rusiyanın Osmanlıdakı səfiri, general Nikolay Pavloviç İqnatyev olmuşdur. Həmin səfirin əsas fəaliyyət istiqaməti yerli şəraitə uyğun olaraq erməni separatçılarının təşkilat və komitələrinin yaradılması, onların silahlandırılması və idarə edilməsinin nəzəri sxemini, həm də işlək mexanizmini hazırlamaq olmuşdur. Məhz Türkiyə ərazisində erməni muxtariyyəti məsələsi də İqnatyevin icraçılığı ilə Çar Rusiyasının planı olmuşdur. Bu qənaət üçün bir məsələ xüsusi vurğulanmalıdır. Belə ki, vaxtilə ruslar İstanbula girəndə indiki “Yaşıl-Köy”, həmin dövrdə isə “Ayastefans” adlı məhəllədə imzalanan müqavilədə rus hökumətini elə həmin İqnatyev təmsil edirdi və müqavilənin 16-cı bəndində “Türkiyə ərazisində erməni muxtariyyəti” mövzusunu da O, təyin etmişdir. Başqa sözlə, sonradan qondarılan “böyük Ermənistan”ın bünövrəsi həmin müqavilədən qaynaqlanmışdır və çox təəssüf ki, bu muxtariyyət Azərbaycanın qərb ərazisindəki torpaqlarında reallaşdırıldı...
Burada bir məsələ də qeyd edilməlidir ki, rusların bu planı ermənilərin arzu və maraqlarını təmin edirdi. Məs: 1912-ci ildə ABŞ-da çap olunan “Hayrenek” jurnalında Şahan Natan adlı daşnaq və terrorçunun “Türklər və biz” əsərində belə bir məqam var. “Erməninin türkdən başqa düşməni yoxdur. Türkə qarşı intiqamçı olmağı erməniyə Tanrı özü öyrədib”. Bu ifadədən aydın görünür ki, müttəfiq dövlətlərin və rusların işğalçı siyasəti ermənilər üçün nə dərəcədə arzuedilən bir hadisə olmuşdur. Çünki bu ifadə yanız bir erməni nümayəndəsinə, qrupuna məxsus ifadə deyil, bütövlükdə bir etnik toplumun yoluxduğu və daşıdığı kütləvi psixoz ideologiyanın əsasıdır. Erməni təşkilatları və komitələri istənilən şəraitdə öz məqsədlərini həyata keçirmək üçün hər cür vasitədən istifadə etməyə hazır idilər və müvafiq əlverişli məqamı gözləyirdilər. Necə ki, Loşe Nalbandyan yazır: “Erməni komitələrinin qarşıya qoyduqları hədəflərə çatmaq üçün üsyan başlatmanın ən uyğun zamanı Osmanlı dövlətinin müharibə halında olduğu zaman idi” (Loşe Nalbandyan. Amerikan Rovalution ary Movemt”. Unverstitiy of Coliforniya Pres 1963. s. 110-111).
Osmanlı dövlətinin I Dünya Müharibəsində olduğu zaman daxildə təxribat fəaliyyəti törədəcək erməni təşkilat və komitələrindən şübhələnməsi tam təbii idi. Ona görə də dövlət 1914-cü ildə Ərzurumda bir iclas təşkil etdi. Həmin iclasda daşnaklar müharibə şəraitində bir vətəndaş olaraq öz vəzifələrini yerinə yetirəcəyinə və ordu sıralarında sədaqətlə çalışacaqlarına söz vermişdilər. Amma bu iclasın görünən tərəfi oldu. Görünməyən tərəfi isə daşnakların bir araya gəlməsi və hələ bir neçə ay əvvəl özlərinin keçirdikləri bir gizli iclasın nəticələrini paylaşmaq idi. Belə ki, onlar keçirdikləri gizli iclasda Osmanlı dövlətinə qarşı aparılan xarici planlardan istifadə etməyin ən əlverişli tarixi şəraitin olduğu və bu fürsətin əldən verilməməsi haqqında müzakirələr aparmışdılar. Bu hadisənin geniş şərhini “Ermeni komitelerinin amal ve ihtilah hareketi”. (İstanbul, 1333 (1917), s.144-146) adlı mənbə vermişdir. Bu gizli iclas isə Rusiya ordusunda fəaliyyətdə olan yüksək rütbəli ermənilərin planlı təşkilatçılığı ilə baş tutmuşdu. Həmin iclasda Eçmiədzin katolikosu başda olmaqla erməni heyəti ilə Qafqazın ümumi valisi V.Daşkov arasında əldə edilən belə bir razılıq varı idı: “Osmanlı dövlətində erməni maraqlarına müvafiq islahatlar icra edilməsi müqabilində Osmanlı və Rusiya ermənilərinin Rusiyanı dəstəkləməsi qeyd-şərtsiz olacaqdır. Bu razılaşmadan bir müddət sonra katolikos Tiflisdə çarın xüsusi qəbulunda olmuş və bildirmişdi ki, “Anadoluda ermənilərin türk hakimiyyəti altından çıxarılıb avtonom bir Ermənistan vilayəti yaradılması ilə bu vilayətin Rusiyanın himayəsi altında olması təmin edilərsə, ermənilər Rusiyanın istənilən sifarişini icra etməyə hazırdırlar” (Tehal kovchian Gr. “Le Livre Rouqe”. Paris. 1919. s. 12). Məhz ermənilərdən istifadə edərək Şərqi Anadolunu işğal etmək Rusiyanın əsas planlarından biri idi. Beləliklə, Rusiyanın Osmanlı dövlətinə qarşı başladığı təcavüz zamanı daşnak komitəsinin “Horizond” adlı mətbuat vasitəsi belə bir şüar bəyan etmişdir: “Ermənilər heç bir tərəddüd göstərmədən Osmanlıya qarşı ittifaq yaratmış dövlətlərin yanındadır. Onlar var qüvvələrini Rusiyanın tapşırığına yönəltmiş və könüllü dəstələr hazırlamışdılar” (Mehmet Hocaoğlu, “Tarihde ermeni mezalimi ve ermeniler. İstanbul. 1976. s. 570-571). Qeyd edilməlidir ki, əslində könüllü dəstələr qədər də muzdlu qatillər toplanmışdı. Çünki Rusiyanın hərbi qərargahlarında və diplomatik mərkəzlərində cızılan planı icra edəcək qədər yetərsay erməni könüllüləri yoxu idi.
Daşnaq komitəsi öz təşkilatlarına belə bir təlimatla tapşırıq vermişdi: “Ruslar sərhədi keçərkən türklər geri çəkildikləri hər yerdə üsyanlar təşkil etməklə türkləri iki od arasında qoymaq lazımdır. Türk orduları irəlilədikdə isə erməni əsgərləri silahlarını götürüb yerlərini tərk edərək ruslarla birləşəcəklər”. (Mehmet Hocaoğlu. “Tarihde ermeni mezalimi ve ermeniler. İstanbul. 1976. s. 570-571).
Osmanlı dövlət məclisində yer alan Van deputatı Papazyan da belə bir məlumat yayımlamışdı: “Qafqazda könüllü erməni dəstələri hazırlanaraq rus ordularının öncülləri kimi onları ermənilərin yaşadıqları bölgələrdəki strateji nöqtələri ələ keçirmək və bununla da Anadolu istiqamətində irəliləyərək oradakı erməni dəstələri ilə birləşməlidir” (Esat Uras. Tarihde ermeniler və ermeni meselesi”. İstanbul. 1976. s. 596-600).
Gizli cızılan bu planlar tamamilə yerinə yetirilmişdir. Belə ki, rus ordularının ön sıraları ermənilərdən təşkil edilmiş və şərq tərəfdən Osmanlı torpaqlarına soxulmuşdur. Türk ordusunda xidmət edən ermənilər isə “plana” uyğun olaraq silahlarını da götürüb qaçmış və məktəblərdə, kilsələrdə gizlədilən silahlarla yaraqlanaraq yeni dəstələr, terror qruplaşmaları təşkil etmişlər. Onu da xüsusi vurğulamaq vacibdir ki, bütün icra mexanizmi kilsələrdən gəlirdi və bütün kilsələr mərkəzləşmiş Akdamar kilsəsindən idarə edilirdi. Başqa sözlə, Akdamar kilsəsi ibadətgah deyil, terror qərargahı idi.
Bütün terror mexanizmi İqnatyevin planları üzrə işləyən erməni komitələri tərəfindən icra edilirdi. Bu komitələrin əsas prinsipi isə “azad olmaq istəyirsənsə əvvəl qoşunları çaşdıran təxribatlar yarat” – fəaliyyətinə söykənirdi. Bu prinsiplə də həmin təxribatçı terrorist dəstələr türk kənd, qəsəbə və şəhərlərində qətliamlar törədir, bununla da Türk ordularına arxadan zərbə vurmuş olurdular. Bu arxadan zərbə əməliyyatlarının əsas məqsədi isə yolları kəsmək, yaralıların təxliyə xidmətini gülləbaran etmək, körpüləri dağıtmaq, bununla da bütün vasitələrlə rusların işğalını asanlaşdırmaq olmuşdur.
Bir sıra mənbələrə əsasən vurğulamaq vacibdir ki, terror təşkilatlarının törətdikləri qətliam yalnız türk xalqına qarşı deyil, Trabzon ərazisindəki “rumlu”lara, Hakkari ərazisindəki “musəvi”lərə və başqa etniklərə qarşı da aparılmışdır (Sehemsi Kara. Turcs et Armeniens devant I Histerie”. Genevie, İmperimerie National. 1919. s. 19).
ABŞ-da dərc edilən “Goçnak” adlı erməni qəzetinin 24 may 1915-ci il tarixli sayında “Vanda bir milyondan artıq türkün qırıldığı” iftixarla yazılmışdır. Həmin mənbədə o da qeyd edilmişdir ki, “Daşnak” nümayəndələrinin 1915-ci ilin fevralında Tiflisdə toplanan “Erməni Milli Konfransı”nda vurğulanmışdır ki, “Rusiya Osmanlı ermənilərini silahlandırmaq, onların üsyana cəlb edilməsini təmin etmək üçün müharibədən öncə 242900 rus rublu vermişdir” (Esat Uras. Tarihde ermeniler və ermeni meselesi. İstanbul. 1976. s. 604).
Beləliklə, bu gün dünya dövlətlərində erməni diaspor təşkilatlarının və onların satın aldığı bir sıra parlamentarilərin, senatorların iddia etdiyi bir milyon beş yüz min erməni ölümünün uydurma olduğunun aşkarlamaq, əksinə ermənilərin türk-müsəlmanları soyqırımına məruz qoyduqlarının dünya ictimaiyyətinə çatdırmaq çox vacibdir. Bunun üçün Osmanlı dövlətindəki erməni kütləsinin ümumi sayını müəyyən edən demoqrafik göstəricilərə nəzər salmaq, bir sıra qaranlıq məqamlara aydınlıq gətirmək üçün əhəmiyyətlidir. Bu statistika müxtəlif mənbələrdə fərqli rəqəmlərlə ortaya çıxır.
I. Patriarxlığın verdiyi rəqəmə və bu rəqəmə əsaslanan Marçel Leatra görə 2.500.000.
II. Lozanna konfransı iştirakçılarından olan erməni heyətinə görə 2.300.000.
III. Erməni tarixçisi Basmançıyana görə 2.250.000.
IV. Erməni tarixçisi Gevork Aslana görə 1800.000.
V. “Enisklopediya Britanica”da 1500.000.
VI. “Revue de Paris”də 1.345.000.
VII. Osmanlı statistikasında 1.295.000.
VIII. İngilis illik statistikasında 1.56.000.
Nəticə etibarilə Qərb mənbələrinə əsasən bu rəqəm maksimum 1.500.000-ə uyğunlaşdırıla bilər. Bu rəqəmləri müqayisə etməkdə məqsədim ermənilərin “Türklər 1915-ci ildə bir milyon beş yüz min erməni öldürüb” iddialarının hər şeydən öncə riyazi məntiq yalan olduğunu sübut etməkdədir. Həmin dövrdə ermənilərin ümumi sayı bir milyon yarım olduğu halda öldürülənlərin sayı haradan bir milyon yarım olardı? Bu statistika sübut edir ki, ermənilərin “soyqırım” iddiası mif və cəfəngiyatdır. Başqa sözlə, əgər ermənilərin iddia etdiyi rəqəmə uyğun ölüm faktı olsaydı hazırda Qafqazda və Türkiyədə bir nəfər də olsa erməni olmamalıydı. Çünki qırğın baxımdan iddia edilən rəqəm həmin dövrün diri ermənilərin demoqrafik göstəricisindən çoxdur. Bu isə o deməkdir ki, ermənilərin tarixən bütün prinsip və fəaliyyət mexanizmi yalan və dezinformasiya üzərində qurulub.
Erməni mahiyyətini açıqlayan bir fakt da məhz Lozanna konfransının rəsmi protokoluna əsasən həmin konfransda iştirak edən erməni heyətinin üzvləri K.Norantukyan, A.Axaryan, Ahadisyan və L.Paşalyan olmuşdur. Konfransı Ser Xoras Rumbold aparmışdır. Konfransda çıxışı zamanı erməni vilayəti yaradılmasını təkidlə vurğulayan Axaronyana Rumbold belə bir sual verir: - “Sizin üçün ən əlverişli torpaq parçası haradır? Bunu xəritəüzərində göstərə bilərsinizmi?”
Axaronyan xəritədə Riz, Həsənqala, Ərzurum bölgəsi ilə Muşa gedən istiqamətdə Van gölü də daxil olmaqla, İran sərhədlərinə qədər bir ərazi göstərir. Bu zaman Rumbold deyir: - “Bu sərhədlər içərisində 700.000 ermənini yerləşdirmək mümkündürmü?” Axaronyan - “bəli, yerləşdirəcəyik” deyə cavab verir. Bu məqamda siyasi analitika baxımdan iki məsələ müəyyənləşir.
Həqiqətən də Osmanlı ərazisində erməni dövləti yaratmaq cəhdi baş tutmadığına görə hazırkı Ermənistan adlandırılan Qərb və Rusiya Azərbaycan torpaqlarında özünə Şərqə qarşı əməliyyat meydanı yaratmaq marağı ilə ermənilərə respublika qurdu. Beləliklə, həqiqətən də ermənilərin demoqrafik statistikası cəfəng rəqəmlərlə çoxaldılıb, öldürülən ermənilərin sayı da həmçinin, çünki Lozanna konfransı protokolunda 700.000 rəqəmi var. Nurandukyanın Lozanna konfransının ikinci iclasında oxuduğu yazılı məruzənin mətnindən bir çıxarışı diqqətə çatdırmaq yerinə düşərdi. “Dünyanın bütün millətləri bizim davamızın haqlı olduğunu və bu yurdun qurulmasını tələb edir. Baxın masanızın üstündə minlərlə Amerka və Avropa kilsələrini təmsil edən etibarlı şəxslər tərəfindən imzalanmış şikayət ərizələri vardır...” Həmin protokolun başqa bir yerində Axaronyanın çıxışında belə bir məqam var: “Birləşmiş Ermənistan bizim idealımız olacaqdır. Əgər bu gün müttəfiqləri (birləşmiş xristian dövlətlərini - R.R) bir Ermənistan yerinə kiçik bir Ermənistanla kifayətlənməyə məcbur edən çətinliklər varsa, Kilikiyada milli bir yurdun qurulması təklifini əsaslandırmaq üçün qəbul edəcəyik. Çünki İngiltərə, Fransa və İtaliyanın bizə verdiyi sözlərə güvənirik... Onlar bizi tərk etməməlidir. Bu baxımdan biz inam içindəyik”.
2 fevral 1923-cü ildə erməni heyətinin Lozanna konfransına təqdim etdiyi bildirişdəki bir nüansda diqqətə çatdırılmalıdır. “Böyük dövlətlər Türkiyə ermənilərinin azad olması haqqında yalnız siyasi baxımdan deyil, ermənilərin ümumi müharibə zamanı ittifaq dövlətlərinə göstərdikləri saysız xidmətlər müqabilində verdikləri vədləri heç şübhəsiz ki, xatırlayırlar”. Verilən vədin nədən ibarət olduğunu açıqlayan üç hadisəni qeyd etmək zəruridir.
I. 1919-cu ildə Varsaşllesdə imzalanan müqavilənin 22-ci maddəsində göstərilir ki, Osmanlı imperatorluğundakı xalqları “qurtarmaq” istəmişlər. Bu xalqların da önündə erməni əhalisi nəzərdə tutulmuşdur.
II. Sevr müqaviləsi ilə isə 1920-ci ildə ittifaq dövlətləri müstəqil Ermənistan sərhədlərini cızdılar.
III. London konfransında “erməni yurdu”nun qurulmasını qərarlaşdırdılar.
Bu müddəalar aydın edir ki, tarixən türk qanına susamış arxalı erməni cəlladları dünya dövlətləri tərəfindən nə üçün dəstəkləniblər.
Buradan aydın görünür ki, Osmanlı ərazisində ona qarşı silah kimi istifadə etmək üçün kiçik də olsa yeni bir xristian, erməni dövlətinin yaradılması Avropa ölkələrinin də vacib siyasi marağı olmuşdur. Necə ki, Azərbaycan ərazisində XX əsrdə süni dövlət “Ermənistan”, Qarabağda hazırda da “Artsax” yaradılıb. Bu baxımdan yeri gəlmişkən, deməliyəm ki, biz bir xalq olaraq elə zənn etməməliyik ki, ATƏT-in Minsk qrupu nümayəndələri bizə ədaləti-ərazi bütövlüyünü “bəxş” edəcək... Əksinə, həmsədrlər vasitəçilik etdikləri dövrdə ikili standartlardan çıxış etmiş, işğalçını öz adı ilə çağırmamış soyqırımı törədənlərlə kompromis variant təklif etmişlər.
Osmanlı ərazisində dövlətə qarşı çıxmaqla işğalçı xarici qüvvələrin siyasi manipulyasiyasında onların maraqlarına işləyən erməni təşkilat və komitələrinin ləğv edilməsi və 1914-cü ildən etibarən bir sıra təşkilat və komitə üzvlərindən 235 nəfər erməni terror fəallarının həbsi ilə başlayan məhdudlaşdırma prinsipi olduqca təbii idi. Bu istiqamətdə görülən tədbirlər və təxribatçı, terror düşərgələrini zərərsizləşdirmək əslində zəruri bir məsələ olaraq qarşıya çıxmışdı. Erməni kartından istifadə edərək türk xalqına qarşı təsir göstərməkdə olan dövlətlərin himayəsindəki erməni təbliğat aparatı “erməni soyqırımı” elan edildiyi gündən çoxsaylı kitabların yazılması ilə öz fəaliyyətini davam etdirib, hazırda da davam etdirməkdədir. Bu kitabların ən məşhuru İngiltərənin təhlükəsizlik təşkilatı “Vellinton House” (1914-cü ildə İngiltərənin qurduğu bir təbliğat aparatı) tərəfindən 1916-cı ildə səfir Viscount Brayzeyə və tarixçi Arnold Toynbiyə tapşırıq verilmişdi ki, həmin dövrədək olan bütün təbliğat materiallarını toplayıb bir kitab ərsəyə gətirsinlər. Belə də oldu və həmin kitab “Mavi Kitab” adlandırıldı. Kitab əslində yeni bir şey meydana gətirməmişdir. Belə ki, bir vaxtlar Tiflisdəki “Horison”, Marseldəki “Armeniya”, Londondakı “Ararat”, New Yorkdakı “Gotchang” adlı qəzetlərdə yazılan uydurmaların toplusu idi. Lakin “Mavi Kitab”ın həmin qəzetlərdəki materiallardan iki mühüm fərqi var idi.
I. Yuxarıda adı qeyd edilən şəhərlərdəki müxtəlif qəzetlərdə aparılan təbliğat yerli əhaliyə pərakəndə vəziyyətdə fasiləli vaxtlara uyğun nəzərdə tutulurdusa, “Mavi Kitab” mərkəziləşmiş qaydada və daha genişçevrədə təbliğata hesablanmışdı.
II. Qəzetlərdəki materiallarda öldürülən ermənilərin sayı bir qayda olaraq bir milyon beş yüz min göstərilirdisə, “Mavi Kitab”da bu rəqəm altı yüz min göstərilir.
Məhz elə II müddəadakı bu təzadın özü də hadisənin şişirdildiyinə dair sübutlardandır. Qeyd edim ki, uydurma olmasına baxmayaraq, geniş ictimaiyyətə təbliğ baxımdan “Mavi Kitab” bir sıra ölkələrdə, xüsusən də ABŞ-da çoxsaylı tirajlarla yayımlanmışdır. Türkləri qəddar, erməniləri yazıq kimi təbliğ edən bu yalanlar, uydurmalar toplusu ABŞ-ın yüksək dairələrində on yeddi min nüsxədə paylanmışdır. Eyni zamanda “The New York Times” başda olmaqla, beş yüz əllidən çox qəzet və jurnal nəşriyyatlarında yayımlanmışdır.
“Mavi Kitab”ın saxta, yalan faktlardan ibarət olmasını sübut edən bir çox arqumentlər vardır. Bunlardan bir neçəsinin təhlilini aparmaqla möhtərəm oxuculara təqdim edəcəm.
Avstriyanın Osmanlı dövlətindəki səfirinin qərəzsiz, tərəfsiz və neytral nümayəndə olaraq, təmsil etdiyi dövlətə verdiyi rəsmi raportda bir məqam vardır: “Türklər ermənilərə zülm etdi deyə edilən iddialar şişirdilmiş və yalandır. Dövlətin zəif düşməsindən sui-istifadə edən ermənilər üsyanlar hazırlamaqla, daxildə təxribatlar törədir, türkləri isə təxribatların qarşısını almaq məcburiyyəti ilə üzləşdirirdilər”. (Nikerled Klayblis. “Rusiyanın Şərq siyasəti” və Vilayəti-Şərqiyyə məsələsi”. Tərcümə edəni: Habil Adəm. İstanbul. 1916. s. 178).
15 mart 2011-ci ildə “Demokratik Prinsiplər Dərnəyi”nin təşkil etdiyi konfransda iştirak edən və öz çıxışını “Erməni diasporu ölü ermənilərdən təbliğat aparmaqla diri azərilərin faciəsini unutdurmaq istəyir” tezisi ilə başlayan ingilis jurnalisti Dr. Manqo erməni uydurmalarına çox maraqlı bir açıqlama verir: “Erməni millətçiləri rusların təhriki ilə 1878-ci ildən etibarən Osmanlı dövlətində daha çox əhalisi türklər olan Anadoluda bir erməni dövləti yaratmaq arzusuna düşmüşdülər, lakin buna müvəffəq ola bilməmişdilər. Buna baxmayaraq rus çarı onlara Azəri türklərinin torpaqlarında dövlət quracağını vəd verdi və vədini yerinə yetirdi. Nəticədə bundan ruhlanan ermənilər Qafqazda Azərbaycan torpaqları üzərində böyük Ermənistan yaratmaq iddiasına düşdülər” (Dr. Manqo. Demokratik prinsipler dergisi” konfransı. 15 mart 2001).
Başqa bir dəlil: ABŞ-ın Lon Sville Universitetinin tarix fakültəsinin professoru Justin Me Carty “Erməni soyqırımında həqiqət varmı?” adı altında keçirilən bir konfransda deyib: “Bu gün Ermənistan adlandırılan yer Rusiyanın işğalından əvvəl Azəri türklərinin torpağı idi. Ermənilər Cənubi Qafqazın heç bir yerində bu çoxluqda olmamışdır. Onlar rus-türk müharibəsində ruslarla əlbir olmuş vəöz dövlətinə qarşı çıxaraq, düşmənlə müttəfiq olmuşdular. Bununla da ölümləri ermənilər başlamışdılar. Əvvəlcə türklər ermənilərə deyil, ermənilər türklərə qarşı təxribatçı hücumlar etdilər. Türklər də bunu cavabsız qoymadılar və bununla da qan tökülməsini türklər deyil, ermənilər yaratmışdılar.
Rus orduları tərəfindən silahlandırılan erməni dəstələri əliyalın insanları kütləvi olaraq öldürmüşdülər. Qeyd etmək lazımdır ki, Vanda müsəlmanların yüzdə 62-si, Bitlis bölgəsində yüzdə 42-si, Ərzurumda yüzdə 91-i, Diyarbəkirdə isə əhalinin yüzdə 42-si məhv edilmişdir. Rus ordusunun dəstəyi ilə ümumiyyətlə Osmanlı şəhərlərində, xüsusən də Sivasda 180 min müsəlman qətlə yetirilmişdir”. (Mursel Köşe. İşğaldan Kurtuluşa. Ankara 2003. s.148-149).
Həmin müəllif digər bir yerdə göstərir ki, “Ermənilər uzun illərdir ki, millətçi ideologiyası ilə yaşayırlar. 1895-ci ildə beləydi, 1915-ci ildə də belə olub, 2005-ci lidə də belədir”. (Justin Mc Carhy Tarafından TBMM Yerilen “Ermeni probleminin gerçegi” mövzulu konfransı. 24.03.2005).
Nəhayət, olduqca maraqlıdır ki, “Mavi Kitab”ın müəllifi Toynbinin özü də bir müddətdən sonra “The Wastern quastion in Grecce and Turkey” adlı əsərində “Mavi Kitab”ın sadəcə bir müharibə təbliğatı vasitəsi olduğunu söyləmiş, 1926-cı ildə “Türkiyə - bir dövlətin doğuşu” kitabında Toynbi “Mavi Kitab”ın tam əksinə olaraq, Türkiyənin yüksək dəyərlərini dövlətçilik prinsiplərini elmi-siyasi nöqteyi-nəzərlə təhlil etmişdir (Gergis de Maleville. “1915 Osmanlı-rus-ermeni trajedisi” toplumsal dönüşüm yayımları. 1998. s. 80).
Sonda bir ciddi faktı da qeyd etmək zəruridir. Vanda erməni separatçılarının törətdiyi üsyanı yatırtmaq üçün türk ordusunda zabit olaraq xidmət edən, əslən Venesueladan olan Rafael Noqalesin əsərindən bir məqamı diqqətə çatdırmaq istərdim. “...Vanda vali olan Cövdat bəyin Vandan çıxmasından sonra ermənilər orada hakim olduqlarını zənn edərək, əliyalın bütün müsəlmanları- qoca, qadın və uşaqları süngülərlə öldürmüşdülər” (Rafael de Noqales. Four Years Beneath the Cressent”. New York 1926. s. 45). Beləliklə, bu mənbələrdən çıxan nəticələr çox aydın sübut edir ki, qondarma erməni soyqırımı haqqında yazanlar Osmanlı arxivlərinə əsasən deyil, bir vaxtlar ermənilərin və Osmanlıya hücum edən müttəfiq dövlətlərin siyasi maraqlarına müvafiq olaraq yazıblar.
Soyqırımı iddiası ilə əslində erməni təşkilat və komitələri tarix boyu türkə qarşı etdiyi terror, kütləvi qırğn və etnik təmizləmə cinayətlərini pərdələmişlər. Bu dezinformasiya prosesi hazırda erməni təşkilat və komitələrinin başında duran erməni lobbi və diasporunun məqsədli cinayətlərinə xidmət edir.
Bir vaxtlar müttəfiq xristian dövlətləri erməni əhalisindən müsəlman - türklərə qarşı necə istifadə edirdilərə, müasir dövrümüzdə də öz maraqları üçün istifadə edirlər. Xüsusi vurğulanmalı vacib məqam budur: soysuzların “soyqırım” siyasəti Türkiyə Cümhuriyyətindən təzminat qoparmaq cəhdidirsə, digər mühüm hədəfi qonşu dövlətlərə ərazi iddialarının davamıdır..
Ruşan RuşanzadƏ,
siyasi elmlər üzrə fəlsəfə doktoru,
AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi.


Xəbəri paylaş

8738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___