Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Real”, yoxsa “Bavariya”?
Tarix: 25-04-2018 | Saat: 10:14
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər



Bu gün Çempionlar Liqasında ikinci yarımfinal görüşünün ilk oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Real” “Bavariya” ilə qarşılaşacaq.
 
Bu oyunu erkən final da adlandırmaq olar. Avrokuboklarda dəfələrlə üz-üzə gələn “Bavariya” ilə “Real” bu dəfə yarımfinalda qarşılaşacaqlar.

Bu komandaların ən yaddalan dueli isə ötən mövsüm baş tutmuşdu. 1/4 finalda hakim səhvlərinin çox olduğu qalmaqallı oyunlarda üstün olan “Real” mübarizəni davam etdirmişdi. “Bavariya” indi həmin məğlubiyyətin revanşını almaq və rəqibinin ÇL-dəki hegemonluğuna son qoymaq niyyətindədi.
 
Son iki mövsümün qalibi “Real” isə PSJ və “Yuventus”dan sonra Almaniya çempionunu da büdrətməyə çalışacaq. Zinəddin Zidanın yetirmələri Münhendən sərfəli nəticə ilə dönüb, işi Madriddə bitirmək əzmindədi.
 
“Kral klubu”nun qarşılaşmaya tam heyətlə hazır olması Zidanın seçim imkanını genişləndirir. Əvəzində qarşı tərəfdə ciddi problemlər mövcuddu. Arturo Vidal və Kinqsli Koman zədə ucbatından matçı buraxacaqlar. David Alaba və Sorentin Tolissonun durumu qeyri-müəyyəndisə, zədədən qayıdan Manuel Noyer də hələ tam hazır deyil.
 
 
Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
25 aprel
 
22:45. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Münhen, “Alyans Arena”


Xəbəri paylaş

9418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___