“Azərbaycanda internet azaddır” -İLHAM ƏLİYEV
Tarix: 18-04-2018 | Saat: 15:31
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Son 15 il ərzində ulu öndərin yolu ilə gedərək çox böyük uğurlara imza atdıq. Bu illər ərzində dünyanın demək olar ki, bütün bölgələrində çox təhlükəli proseslər baş verirdi. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri.... Azərbaycan xalqı isə təhlükəsizlik şəraitində yaşayıb. Biz daxili risklərin hamısını aradan qaldırdıq. Xarici risklərdən isə özümüzü qoruya bilmişik. Əminəm ki, bundan sonra da qoruya biləcəyik”.
Bu sözləri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib:
"Azərbaycan xalqı bu 15 ildə sabitlik şəraitində yaşayıb. Sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir. Azərbaycan dünya miqyasında bu gün sabitlik adası kimi tanınır. Bu, bizim nailiyyətimizidir.
Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı.
Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”.
Xəbəri paylaş
6828 dəfə oxunub.
Digər xəbərlər

22-04-2015, 12:26
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar – SİYAHI
26-11-2015, 22:08
Akif Əliyev Masallı ƏSMM-dən sonra Masallı DSMF-i də xaraba qoyub
29-06-2017, 11:21
Sumqayıtda qız üstündə qətl
5-12-2019, 20:06
İlham Əliyev Şamaxı sakininin evində - FOTOLAR
14-02-2022, 15:14
Tətilə gedib, karantinə alındılar
14-09-2016, 21:00
“19 yaşlı qız özünü bulvarda dənizə atdı - “Həyatdan bezmişəm”
7-03-2016, 22:35
Azərbaycanlı transseksual əri tərəfindən döyüldü - FOTO/VİDEO
24-07-2016, 09:52
Üç uşaq anası intihar edib
16-01-2018, 10:06
Gürcüstan prezidenti üçüncü dəfə ata olub