Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
"Azərbaycandakı seçkilər dünyaya nümunədir" - Məzahir Pənahov
Tarix: 15-04-2018, 13:11 | Saat: 15:47:00
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

“Prezident seçkilərində iştirak edən namizədlər mənə zəng edərək seçkilərin təşkilindən razılıqlarını bildiriblər”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
 
M.Pənahov bildirib ki, bu seçkilər Azərbaycanın həyatında ən uğurlu səhifələrdən biridir: "Seçkilər qanunun tələblərinə uyğun həyata keçirilib".
 
MSK sədri bildirib ki, seçkilər həm Azərbaycan seçicilərinin, həm də beynəlxalq təşkilatların böyük marağına səbəb olub. Onun sözlərinə görə, yerli və beynəlxalq müşahidəçilər seçkilərin hazırlanıb keçirilməsini yüksək qiymətləndirib: “Hətta deyə bilərəm ki, Azərbaycanda keçirilən seçkilər dünyada nümunə ola bilər”.
 
Seçkilərin ilkin nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc isə 3,11% səs toplayıb.
 
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.
 
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

4258 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
2-07-2017, 11:16 Cəbhədən xəbər var

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___