Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Moskvada “Selfi təhlükəlidir!” nişanı peyda olacaq – FOTO
Tarix: 07-07-2015 | Saat: 17:30
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Moskvada “Selfi təhlükəlidir!” nişanı peyda olacaq – FOTO
100-dən çox adam selfi ucbatından zərər çəkib.

Moskvanın göydələnlərinin damında, körpülərdə və digər obyektlərdə selfi çəkdirməyin təhlükəli olmasına dair xəbərdarlıq edən nişanlar peyda ola bilər.

Xeberaz.az xəbər verir ki, bu barədə TASS-a Moskva şəhər dumasının qanunvericilik, reqlament, qayda və prosedurlar üzrə komissiyasının rəhbəri Aleksandr Semennikov bildirib.

Onun sözlərinə görə, belə lövhələrin peyda olması üçün şəhər hakimiyyətinin xüsusi göstərişlərinə ehtiyac yoxdur.

“Bunu həmin obyektlərin sahibləri edə bilər, məsələn, əgər bir göydələn hansısa kommersiya təşkilatına aiddirsə, bu iş elə həmin təşkilatın üzərinə düşür. Onlar qanunla dam və çardaqlara cavabdehdirlər, deməli belə nişanların qoyulması da onların vəzifələrinə daxildir”, - Moskva şəhər dumasının deputatı bildirib.

Bundan başqa, Rusiyada ehtiyatsız fotoqrafların başına gələcək bədbəxt hadisələrin qarşısını almaq üçün polislər tərəfindən “Təhlükəsiz selfi” aksiyası start götürüb.

Rusiya DİN-dən qeyd ediblər ki, ekstremal selfi həvəskarları ilə əlaqədar hadisələrin sayı artır.

Rusiya KİV-nin məlumatına əsasən, ilin əvvəlindən 100-dən çox adam selfi ucbatından zərər çəkib.


Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
15-02-2019, 12:58 Əmrah artıq oxumayacaq

bütün xəbərlər
____ Instagram ___