Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Falçılar həyatımızla bağlı bəzi məqamları necə düz deyə bilir? – MARAQLI FAKTLAR
Tarix: 12-04-2018 | Saat: 15:42
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər



Falçılar bəzən həyatımızla əksər hallarda həyatımızla bağlı bəzi məqamları düz deyir və ya gələcəkdə baş verəcək proseslərlə bağlı doğru proqnoz verir. Bəs bunun səbəbi nədir?
“Literatüre Barnum təsiri” adlanan teorem əslində falların doğru çıxmasının səbəblərini izah etməyə kömək edir. Bu eyni zamanda da “Forer təsiri” olaraq tanınan nəzəriyyəyə görə fərdlərin xüsusilə onlar üçün hazırlanmış kimi görünən, amma əslində əksər insanlara uyğun gələcək ümumi sözlərdən ibarət olan “öncəgörmə”dir.

Belə ki, 1948-ci ildə B.R. Forer dərs dediyi sinifdə tələbələrin hamısına eyni sözlər yazılmış kağızlar paylayır. Və tələbələrdən bu sözlərin onlara nə qədər uyğun gəlib-gəlmədiyini soruşur. Həmin kağızlarda aşağıdakı sözlər yazılmışdı:
“Başqalarının sizi bəyənməsinə, sizə heyran olmasına ehtiyac duyursunuz. Amma eyni zamanda da özünüzə qarşı tənqidi nöteyi-nəzərdən də yanaşırsınız. Şəxsiyyət kimi bəzi zəif tərəfləriniz var. Amma bunları düzəltmək üçün çalışırsınız. Öz xeyrinizə çevirə biləcəyiniz halda istifadə etmədiyiniz güclərə sahibsiniz. Zahirən özgüvəni tam, qaydalara uyan kimi görünsəniz də, daxilən narahat və nisbətən zəif iradəyə sahibsiniz. Bəzən qərar verməkdə çətinlik çəkirsiniz. Dəyişikliklər və fərqliliyi üstün tutursunuz. Sərhədlər sizi narahat edir”.

Tələbələrdən kağızda yazılanlara 1-5 arasında qiymət vermələri istənilib. Sinifdə aparılan ümumi dəyərləndirmə 4,20 civarında olub. Forer bu təcrübəsində insanlar üçün ümumi və bir az da onları tərifləməyə yönəlmiş sözləri necə rahatlıqla qəbul etdiklərini göstərib.
Bunun əsas səbəbi isə insanların xüsusilə özləri haqqında hər hansı məlumat eşitməyə yönəlmiş koredici ehtiyaclarının olmasıdır. Bu da fal, astorologiya və bu kimi müxtəlif sahələrə xüsusi marağın yaranmasının səbəbidir.
(qaynarinfo)


Xəbəri paylaş

1 8398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___