Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan doğru seçim edəcək
Tarix: 07-04-2018 | Saat: 10:47
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər


"Azərbaycan vətəndaşlarının İlham Əliyevə inamının, "İlham Əliyev olmazsa, kim?!" sualına cavab kimi onu dəstəkləmələri yalnız ölkəyə bələd olmayanlar üçün maraqlı fenomen ola bilər".
Bu sözü ötənlərdə məşhur fransız siyasətçilərdən biri söyləmişdi.
Fransa Azərbaycandan çox uzaq olsa da, həmin siyasətçi ölkəmizdəki situasiyanı çox dəqiq qiymətləndirməyi bacarıb.
Azərbaycan vətəndaşları dövlət başçısı İlham Əliyevi xarici və daxili siyasətdə əldə etdiyi uğurlarla yanaşı, fərdi məziyyətlərinə görə də dəyərləndirir, ona hədsiz önəm verirlər.
Siyasi liderliyin stili aydın, siyasətin prinsipləri bəlli, görülən işlər göz qabağında olduğu üçün.
İlham Əliyevə olan ümumxalq dəstəyinin "sirri" çox sadədir: insanlarımız onun təkliflərini, gördüyü işləri və niyyətini, Azərbaycanı güclü, inkişaf etmiş, dünya dövlətləri arasında üstün yerlərdən birini tutan ölkəyə çevirmək istəyini anlayır, paylaşır və dəyərləndirirlər.
Azərbaycana qarşı hibrid savaşın aparıldığı, özlərini "siyasi müxaliflər" adlandıran şəxslərin və qüvvələrin ən yaramaz vasitələrə əl atdığı, siyasi texnologiyalar çeşidində olmayan ən çirkin metodlardan istifadə etdiyi, bəlli siyasi mərkəzlərlə cəmiyyətin rədd etdiyi fiqurların birləşərək şəbəkələndiyi dönəmdə xalq onu Azərbaycan dövlətinin və dövlətçiliyinin simvolu kimi dəstəkləyir.

Əks tərəfdə olanlar, ölkəmizə və insanlarımıza qarşı düşərgələnənlər, Azərbaycana qarşı səf tutanlar heyrətdə, təəccübdədir: sınanmış "qara piar" texnologiyaları işləmir, böhtanlar və şər işə yaramır, "siyasi mühacirət"dəki psevdosiyasətçilərlə siyasətdən çox uzaq fırıldaqçıların aldıqları əmrlərə uyğun olaraq davranışları heç bir effekt vermir.
İlham Əliyev barədə yalanların sayı artdıqca, onu dəstəkləyənlərin sıraları daha da genişlənir.
Paradoksdur? Əsla.
Azərbaycanın İlham Əliyevə sonsuz inamının kökündə dövlət başçısının intellektinə, mənəviyyatına, qətiyyətinə və iradəsinə, ölkəyə sevgisinə zərrə qədər şübhəyə əsas verməyən etibar durur.
Aprelin 11-də isə prezident seçkiləridir və belədə, obıvatellərdə sual yarana bilər: Azərbaycanda indiki dövlət başçısına inam yüksəkdirsə, prezident seçkilərinə ehtiyac varmı?
Var, çünki birbaşa prezident seçkiləri çağdaş sivlizasiyanın idarəetmə formalarından biridir. Üstəlik, vətəndaşlarımızın istəyi və Konstitusiyanın tələbi budur.
Aprelin 11-də keçiriləcək seçkilərin sonucu indidən bəllidir.
Mərkəzi ofisi Parisdə olan "Opinion Way" və "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi, habelə, əhalinin keçiriləcək seçkilərdə iştirakla bağlı maraq səviyyəsini öyrənmək məqsədilə cari ilin mart ayında sosioloji sorğu keçirib.
Sorğuya Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla respublikanın digər şəhər və rayonlarında yaşayan və yaşı 18-dən yuxarı olan 1200 nəfər respondent cəlb olunmuşdu.
Sorğuda iştirak edən respondentlərin 48.1 faizini kişilər, 51.9 faizini qadınlar təşkil edib. Respondentlərin 15.6 faizi 18-24 yaş, 24.5 faizi 25-34 yaş, 33 faizi 35-49 yaş, 18.5 faizi 50-64 yaş və 8.4 faizi isə 65 və daha yaşlı qruplara aid olub.
Respublikadakı mövcud iqtisadi vəziyyətin qiymətləndirilməsi məqsədi daşıyan suala respondentlərin 45.9 faizi vəziyyətin əvvəlki illərə nisbətən daha da yaxşılaşdığı, 23.4 faizi dəyişilməz qaldığı, 11.7 faizi isə vəziyyətin pisə doğru dəyişdiyi qənaətində olduğunu bildirib.
Bir sıra ictimai, siyasi və iqtisadi məsələlərlə bağlı mövcud vəziyyətin nə dərəcədə qənaətbəxş olduğunu öyrənmək üçün respondentlərə verilmiş suala rəyi soruşulanların 67.6 faizi milli təhlükəsizlik, 66.1 faizi iş imkanlarının mövcudluğu, 60.4 faizi isə cinayətkarlıqla mübarizənin onları qane etdiyini vurğulayıblar.

Sorğu zamanı müəyyən edilib ki, respondentlərin 68.9 faizi Azərbaycanda mövcud siyasi sistemin fəaliyyətindən razı, 15.4 faizi isə narazı olduğunu göstərib. Rəyi soruşulanların 15.7 faizi sualı cavablandırmaqda çətinlik çəkdiyini bildirib.
"Prezident İlham Əliyevin ölkə başçısı kimi vəzifəsinin icrası sizi nə dərəcədə qane edir" sualına rəyi soruşulan respondentlərin 81.4 faizi bu məsələnin onları qane etdiyini göstərib. Respondentlərin 7.4 faizi bu sualla bağlı hər hansı münasibət bildirməkdə çətinlik çəkdiyini bildirib.
Sorğunun nəticələri onu söyləməyə imkan verir ki, əhali arasında prezident seçkiləri ilə bağlı aparılan kampaniyaya maraq kifayət qədər böyükdür. Respondentlərin 78.2 faizi bu kampaniya ilə bağlı maraqlı olduğunu qeyd edib.
"Aprelin 11-də keçiriləcək prezident seçkilər bu gün keçirilsəydi hansı namizədə səs verərdiniz" sualına sorğuda iştirak edən respondentlərin 83.4 faizi İlham Əliyevi seçib.
Xalqın seçiminin əsasında heç də özlərini seçkilərldə və ümumiyyətlə, siyasətdə İlham Əliyevə rəqib sayanların potensial zəifliyi deyil. Əsas səbəb ölkəmizin çağdaş tarixində ən taleyüklük, mürəkkəb dövrlərdən birində Azərbaycanın məhz İlham Əliyev tərəfindən idarə olunmasının vətəndaşlar tərəfindən yeganə səbatlı variant qismində görülməsidir.
Müxalifətçilərin "elektorat" adlandırdıqları xalq, məmləkət insanı olan vətəndaşlarımız yaşananların canlı şahidləridir. Onlar bilirlər ki, İlham Əliyevsiz Azərbaycan parçalanmaya, məhvə, regionda təsir rıçaqları uğrunda amansız mübarizə aparan böyük dövlətlərdən birinin metropoliyasına çevriləcəkdi.
Vətəndaşlarımız dərk edir ki, özlərini İlham Əliyevə opponent sayanlar, müxalif görənlər bəlağətlə Vətən, millət, demokratiya, inkişaf və s. sözlərdən istifadə edərək nitqlər söyləsələr də, çağırışlar etsələr də, onların siyasi fəaliyyətlərinin mahiyyəti çevriliş, "inqilabi" xaos, vətəndaş qarşıdurmasıdır. Bu adamlar dövlətçiliyimizi məhv edə biləcək, "inqilab" kəlməsi ilə pərdələnmiş anarxosindikalist liberalizm təklif edirlər.
Aprelin 11-də vətəndaşlarımız səs verəcəklər. İlk baxışdan adi görünən seçim, əslində, keçmişlə gələcək arasında seçim olacaq.
"Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdır"
Lev Tolstoy hesab edirdi ki, əsl bəxtəvər işə sevinərək yollanan, işdən də evə sevinərək qayıdan insandır.
Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiyanın Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsi əslində seçkiqabağı dövrdə məşhur jurnalistin suallarının cavablandırılması yox, son 15 ildə Azərbaycanda baş verənlərin dəyərləndirilməsi, ölkəmizin yaxın perspektivdə inkişafı ilə bağlı planların qismən də olsa, açıqlanması idi.
Ən maraqlı məqam isə İlham Əliyevin səmimiyyəti idi. O, siyasətçilərin total əksəriyyəti, dövlət başçılarının az qala hamısı kimi ritorikanın fəndlərindən yararlanaraq seçkiqabağı dövrdə təşviqat tələbləri çərçivəsində davranmadı.
Yox, İlham Əliyev olduğu kimi göründü və göründüyü kimi də oldu.
Onun fikrincə, insana sevinc, məmnunluq gətirən işlə məşğul olmaq elə əsl hobbidir.
"Mənə gəldikdə, əməyimin nəticələrini görmək ən böyük sevincdir. İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu, həqiqətən, belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hər bir hobbidən yaxşıdır. Buna görə düşünürəm ki, mən hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya edirəm. Bundan əlavə, əlbəttə, asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, orada həm də həyat üçün enerji alıram. Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdır".
Bu sözlər həyatını Azərbaycana həsr edən insanın hansısa aberrasiyalara, gəlişigözəl ifadələrə tapınmayaraq sadə kəlmələrlə nümayiş etdirdiyi səmimiyyətdir.
O səmimiyyət ki, çox yüksək intellekti, ziyalılıq səviyyəsini və ən başlıcası, baş verən proseslərin əsl mahiyyətinə varmaq təki müstəsna bacarığı ortaya qoyub.

İnkişaf davam edir
Bu illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Nəzərdə tutduqlarımızın hamısı yerinə yetirilib. Bizim nailiyyətlərimiz beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə biz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni, mən düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir. Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir.  Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir.
Azərbaycanda siyasi islahatlar səngiməyəcək
Bəlli ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik.
Bununla belə, təbii, əlavə səylər tələb edən məsələlər, həllini gözləyən problemlər də var. Məhz ona görə İlham Əliyev siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndirir.
Azərbaycan vətəndaşları isə hesab edirlər ki, müstəqilliyin iyirmi altı ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi yerləşməsi və bizim regionda mövcud olan və yarana biləcək risklər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb.
Eyni zamanda, bizim hələ inkişaf etdirməli olduğumuz istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etmək istərdim.
Azərbaycan Prezidenti söyləyib: "Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik".

Borclar azalacaq
İlham Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən biri də biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir.
Məhz bu səbəbdən Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkəyə çevrilib.
Sadəcə, bir neçə rəqəm: 2003-cü ildə İlham Əliyev prezident seçkiləndən bəri ölkə iqtisadiyyatı 3,2 dəfə artıb. Bu, dünya rekordudur.
Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir.
Dövlət başçısı söyləyib: "Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub".
15 il nədir ki...
İlham Əliyev 2003-cü ildə Azərbaycan dövlətinin başçısı oldu. İlk baxışdan 15 illik müddət böyük zaman kəsiyidir, insan həyatında çox böyük mərhələdir. Lakin tarix, siyasət baxımından, dövlət taleyi rakursundan bu, sadəcə, an, göz qırpımıdır.
Azərbaycan dövlətçiliyinin intibahı və güclənməsi, iqtisadiyyatın qüdrətlənməsi və siyasi müasirləşmə - bu məqamlar Prezident İlham Əliyevin hakimiyyət konsepsiyasıdır.
Həmin konsepsiya dünyanın ən gərgin, ən qaynar məkanlarından biri sayılan Cənubi Qafqazda yerləşən Azərbaycanda iqtisadi yüksəlik və sosial rifahın güclənməkdə olduğu cəmiyyətin formalaşmasına, stabil siyasi sistemin bərqərar olmasına rəvac verdi.
İlham Əliyev hakimiyyəti, nəzəriyyəsi, idarəetməsi və hakimiyyət nəzəriyyəsi sosial liberalizmdir. Özlərini ona opponent və müxalif sayanlarsa inqilabi liberalizmi təklif edirlər.

Parlaq siyasətçi, xalqın sevdiyi dövlət başçısı, dünya siyasi elitasının qəbul etdiyi nüfuzlu şəxsiyyət - İlham Əliyev xarizmatik liderdir.
Bədxahların söylədikləri "15 ildən sonra daha 7 il" ifadəsinə gəldikdə isə, intellektual səviyyələri Marian çökəkliyinə tay olanların nəzərinə çatdırmaq istərdim: nədən Almaniyada Angela Merkelin, Çində Si Szinpinin, Rusiyada Vladimir Putinin real alternativi yoxdur və onlar çox uzun müddətdən bəri ölkələrini idarə edirlər?!
Sualın cavabı bəsitdir: almanlar, çinlilər, rusiyalılar bəlalar və xaos vəd edən inqilabi liberlizmi, meydan və küçə yürüşlərinin "qəhrəmanı" olanların populist ritorikasını, müasir dünyanın çağırışlarını anlamayanların saxtakar "vətən sevgisi"ni qəbul etmirlər.
İnsanlar inkişafı, dövlətin daha da qüdrətli olmasını, cəmiyyətdəki institusional ünsürlərin səbatlı olmasını, tərəqqini, stabilliyi və rifahı seçirlər.
Azərbaycan vətəndaşları təki...
Elçin Alıoğlu


Xəbəri paylaş

8098 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 14:33 Prezident sərəncam verdi

bütün xəbərlər
____ Instagram ___