Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda həkimlər xəstənin dilaltı nahiyəsinə qoldan götürülmüş toxuma köçürdülər
Tarix: 06-04-2018 | Saat: 10:09
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahiyyə əməliyyatı uğurla icra olunub.
 
ATU-dan verilən məlumata görə, ağız boşluğunda və çənəsində şiş olan bir xəstədə şişlə yanaşı, çənənin bir qismi də götülürüb. Çənədən çıxarılan sümüyün əvəzinə isətitandan rekonstruktiv lövhə qoyulub.
 
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Üzçənə Cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudovun sözlərinə görə, bu xəstədə hələ 4 il qabaq çənəaltı tüpürcək vəzində şiş müşahidə olunub. Həmin vaxt pasiyentin çənəaltı tüpürcək vəzinin patohistoloji müayinəsi nəticəsindəbədxassəli şiş olduğunu aşkarlanıb. Xəstə sonrakı müalicə üçün onkoloji müalicə müəssisəsinə göndərilib, lakin növbəti müayinələrə gəlməyib.
 
Həmin pasiyent 4 ildən sonra yenidən ATU Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Məlum olub ki, bu müddət ərzində xəstə özunu yaxşı hiss edib, heç bir problemi olmayıb: «Lakin dekabr ayında xəstə özü bizə müraciət etdi. Bəlli oldu ki, artıq əməliyyat yerində deyil, ağız boşluğunda da törəməəmələ gəlib. Rentgenoloji və kliniki müayinə nəticəsində aşkarlanıb ki, bu törəmə çənə sümüyünə və dilaltı toxumalara da yayılıb.
 
Doktor M.Davudovun sözlərinə görə, xəstəyə cərrahi müalicə və əməliyyatdan sonra radioterapiya məsləhət görülüb: «Xəstə ətraflı müayinə olundu, əməliyyat planı dəqiqləşdirildi. Əməliyyat planınaşişin götürülməsi, çənə sümüyünün seqmentar rezeksiyasiyası, həmin nahiyədə əmələ gələn çənə defektinin rekonstruktiv titan lövhə ilə aradan qaldırılması daxil olundu. Titandan hazırlanan rekonstruktiv lövhələr sırf bu cür  çənə konstruksiyaları üçün nəzərdə tutulub. Bu lövhələr vasitəsilə defektin aradan qaldırılması və eyni zamanda yumşaq toxuma defektinin radial önqol sərbəst damar ayaqcıqlı dilimi ilə aradan qaldırılması məsləhət görülür”.
 
Həkim bildirir ki, bu əməliyyat üçün “radial önqol diliminin” seçilməsi təsadüfi deyil. Çünki böyü dilim, boyundakı lokal dilim və s.dilimlərləmüqayisədə bu xəstədə ən uyğun variant uzaq bir nahiyədən “sərbəst damar ayaqcıqlı dilim”in götürülməsi olub.
 
Bu mürəkkəb əməliyyattəxminən 6 saat davam edib. Nəticədə çənə sümüyü rezeksiya olunub, şiş götürülüb. Eyni zamanda, boyunda da böyümüşlimfa vəziləri olduğu üçün radikal boyun diseksiyası icra edilib. Əməliyyatın ikinci mərhələsində ağız boşluğundakı defekt önqol nahiyəsindən götürülmüş sərbəst ayaqcıqlı dilim vasitəsilə və mikrocərrahi texnikanın köməkliyi ilə damarlara anastomoz qoyularaq bərpa edilib. Bir həftə öncə icra edilən əməliyyatdan sonra  xəstənin ümumi vəziyyəti yaxşıdır. Artıq yaraları sağaldığından, xəstə yaxın zamanda evə yazılacaq.


Xəbəri paylaş

1 1998 dəfə oxunub.

Digər xəbərlər
20-07-2017, 14:34 Sabahın HAVAsı

bütün xəbərlər
____ Instagram ___