REAL hərəkatından “Real” TV-yə İTTİHAM: “Adımızı götürməkdə Mirşahinin məqsədi nədir, özü desin”
Tarix: 05-04-2018 | Saat: 21:34
Bölmə:Karusel / Siyasət / Gündəm / M2 | çapa göndər
Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi “Real” TV-nin fəaliyyətə başlamasından az vaxt keçir. Xəbər televiziyası kimi fəaliyyət göstərən TV-nin adı sosial şəbəkələrdə bəzi müzakirələrə səbəb olub. Bəziləri iddia edir ki, “Real” TV Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatın - REAL hərəkatının adını götürməklə yanlışlığa yol verib.
Elə REAL hərəkatının icraçı katibi Natiq Cəfərli də belə düşünür. O, açıqlamasında deyib ki, televiziyaya bu adın seçilməsi heç də təsadüfi deyil:
“Bizim təşkilatın adı artıq 8 ildən çoxdur ki, Azərbaycan ictimaiyyətinə tanışdır və brendə çevrilib. Bu baxımdan yeni yaranan televiziyaya “Real” adının seçilməsi güman ki, düşünülmüş şəkildə atılan addımdır. Amma bizim hüquqi cəhətdən heç bir irad bildirməyə imkanımız yoxdur. Çünki REAL qeydiyyatdan keçmiş siyasi təşkilat deyil. Neçə illərdir müraciətlərimizə baxmayaraq, bizi qeydiyyata almırlar. Amma hamıya aydındır ki, televiziyaya bu adın qoyulması bizim təşkilatla bağlıdır. Lakin məqsəd nədir, açığı, bunu deməkdə çətinlik çəkirəm. Əminliklə deyə bilərəm ki, ad birbaşa bizim təşkilatla əlaqəlidir. Bəlkə də fikirlərdə qarışıqlıq yaratmaq məqsədləri var”.
N.Cəfərli qeyd edib ki, yeni televiziyanın fəaliyyəti hər bir halda müsbət hadisədir:
“Azərbaycanda nə qədər çox media qurumu olsa, normal informasiyalar verilməyə başlansa, daha yaxşı olar. Ümid edirəm ki, televiziya adını doğruldacaq və real xəbərlərə, diskussiyalara yol açacaq. Bu yolda yalnız onlara uğurlar arzu edə bilərik. Lakin “Real” adının hansı məqsədlə seçildiyini yaxşı olardı ki, təsisçi Mirşahin Ağayev desin. Bu, bizim üçün də maraqlı olardı”.
N.Cəfərli “Real” TV-ni izləmədiyini deyib:
“Televiziyada ciddi səs-küyə səbəb olan reportajlar da olmayıb ki, maraqlanıb baxaq. Hələlik mənə elə gəlir ki, “Real” TV ciddi ictimai diqqət cəlb edə bilməyib. Gələcəkdə rezonans doğuran hansısa müsahibə, reportaj və ya verilişlər olsa, o zaman internet üzərindən televiziyanı izləyə bilərəm”.
(modern.az)
Xəbəri paylaş
1 2078 dəfə oxunub.
Digər xəbərlər

27-09-2015, 12:12
İŞİD-i rədd edən əmisi oğlunu güllələdi
26-08-2020, 13:13
İlham Əliyev və xanımı Mədəniyyət Evinin açılışında - FOTO
28-02-2022, 13:00
Zelenskini öldürmək üçün Kiyevə 400 muzdlu göndərilib - The Times
26-11-2016, 16:19
IX sinfi bitirənlərə şəhadətnamə verilməyəcək – YENİ QAYDALAR
11-10-2022, 12:27
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
3-08-2015, 20:57
"Atletik"lə oyunun biletləri "İnter Arena"da - Tələsin...
10-07-2017, 11:09
Ərdoğan: ”Azərbaycanla qardaşlığımız güclənərək davam edəcək”
21-04-2016, 14:27
Maku-Ərzurum dəmiryol xətti çəkiləcək
5-04-2018, 09:33
Neftçala sakini özünü asıb
17-09-2016, 15:59
Aparıcı Klintonu belə ələ saldı – Foto