Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metronun daha bir stansiyası təmirə bağlanır
Tarix: 05-04-2018 | Saat: 17:19
Bölmə:Karusel / Gündəm | çapa göndər



Bakı Metropoliteninin "Xətai" stansiyası bu il təmirə bağlanacaq.
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Qurum rəsmisi bildirib ki, stansiyanın bütün eskalatorları dəyişdiriləcək: ""Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib. Həmin stansiyanın eskalatorlarının istismar müddəti bu il başa çatır. Ona görə də, stansiyadakı hər üç eskalator dəyişdirilməlidir. Artıq bununla bağlı plan-qrafik hazırlanıb".
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, "Xətai" stansiyası ən dərin özüllü metro stansiyasıdır və stansiyanın eskalatorları da digər eskalatorlardan uzundur: "Stansiyaya 4 müasir eskalator quraşdırılması nəzərdə tutulub".
N. Pasayev bildirib ki, stansiyanın təmirə bağlanacağı konkret tarix müəyyən edilməsə də, bu il reallaşacaq: "İyulun 1-də "Sahil" stansiyasının istifadəyə verilməsi gözlənilir. Yəqin ki, "Sahil" stansiyası istifadəyə veriləndən sonra "Xətai" təmirə bağlanacaq". (trend)



Xəbəri paylaş

7768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___