Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bir çox valideynlər övladına bu diaqnozun qoyulmasını faciə kimi qəbul edir
Tarix: 3-04-2018, 21:57 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə / Aktual | çapa göndər


Bir çox valideynlər övladına bu diaqnozun qoyulmasını faciə kimi qəbul edir, uşaqların ömürlük əlil olduğunu düşünürlər. Lakin autizm nə qədər tez aşkarlansa və müalicəyə başlansa, bir o qədər effekt verə bilər.
Xəbəraz.Az trend-ə istinadən bildirir ki, Azərbaycan Tibb Universitetindən verilən məlumata görə, bunu universitetin psixiatriya kafedrasının əməkdaşı, həkim-psixiatrı, uşaq və yeniyetmə psixiatriyası üzrə mütəxəssis Ceyhun Məmmədzadə bildirib.
C.Məmmədzadənin sözlərinə görə, autizm erkən uşaqlıq dövründə müşahidə edilən və aşkarlanması mümkün olan inkişaf pozuntularından biridir:
"Bu pozuntunun əlamətləri çoxdur. Bu xəstəlik zamanı müəyyən əlamətlər toplusu önəm kəsb edir. Həmin simptomların əsasında pediatrlar, nevroloqlar və digər sahə həkimləri uşaqları autizm sahəsi üzrə mütəxəssisə yönəldə bilərlər. Son zamanlar "autizm spektr pozuntusu" anlayışı da formalaşıb. Qeyd edək ki, ilk dəfə 1943-cü ildə Amerika psixiatrı Leo Kanner yazılarında "autizm sindromu" haqqında məlumatlar verib. O, 11 uşaq üzərində apardığı araşdırmalara əsasən bu sindromu müəyyənləşdirib. Lakin son 50-60 ildə bu pozuntu haqqında anlayış dəyişikliklərə uğrayıb. Bu gün "autistik spektr pozuntusu" adlandırılan bir anlayış, Amerikan klassifikasiyasında "DSM" adlandırılan "klassifikasiyanın 5-ci buraxılışında autizm spektr pozuntusu" kimi qeydə alınıb. Çünki daha əvvəllər tipik autizm, atipik autizm, Asperger sindromu, Rett sindromu, dezinteqrativ pozuntu olaraq differensasiya aktual idi. Hazırda isə daha çox spektr olaraq qeydə alınır".
Həkim-psixiatr qeyd edib ki, autizm spektr pozuntusu üçün uşaqlara xas olan əlamətlər var. Bu əlamətlər daha qabarıq olarsa, valideynlər özləri də onları müşahidə edə bilər. Daha erkən vaxtlarda isə həmin simptomları pediatrlar, nevroloqlar, uşaq və yeniyetmə psixiatrları müşahidə edə bilərlər:
"Bu patologiyanın "qırmızı bayraqlar" adlandırılan əlamətlər toplusu var ki, onlar uşaqda müşahidə edilərsə, onda mütəxəssislərdə autizm şübhəsi yarada bilər. Bu zaman uşaqlar mütləq ciddi və mümkün qədər erkən müayinə olunmalıdır. "Qırmızı bayraqlar"a aid olan əsas əlamətlərdən biri göz təmasının qurulmamasıdır. Məsələn, uşağın göz kontaktının davamlı və tutarlı olmamamasıdır. Digər əlamətlər işarə hərəkətlərinin, yəni qeyri-verbal nitqin inkişafında problem yaranması, uşağın özünə qapalı olması, eyni zamanda, həyəcanını, sevincini və emosional hisslərini bölüşməkdə çətinlik çəkməsi və s. Valideynlər tərəfindən daha çox hiss edilən ilk əlamətlərdən biri isə nitqin inkişaf etməməsidir. Nitq inkişafının geriləməsi və ya nitqin inkişaf etməməsinin bir neçə səbəbi ola bilər. Onlardan biri də autizm spektr pozuntusudur. Xəstəliyin proqnozu məqsədilə aparılan skrininq metodları xəstəliyin 12 aydan 30 aya kimi olan dövründə daha çox tətbiq olunur".
Həkim əlavə edib ki, autizmli uşaq ən çox ətraf mühitlə ünsiyyətində çətinlik çəkir:
"Autizmin 3 əsas əlaməti var: sosial kommunikasiya, qarşılıqlı münasibətlərin qurulması və stereotip: təkrarlanan fəaliyyət və davranış modelləridir. Gündəlik fəaliyyətin məhdudlaşdırılması funksionallığın pozulması ilə təzahür edir. Məsələn, sağlam inkişaf edən uşaqlarda oyun qurmaq kimi bir qabiliyyət olmalıdır, onlar təqlidi oyunlar qurmalıdır. Məsələn, qız uşaqların anasının hərəkətlərini təkrarlayır, onların çay süzməsini təqlid edirlər. Oğlan uşaqları sanki maşın sürürlər kimi hərəkətlər edirlər. Əslində, normal inkişaf zamanı uşaqlar məhz bu formada oyun qururlar. Lakin spektr pozuntusu olan uşaqlar oyuncaqlarından da fərqli formada istifadə edirlər. Məsələn, oyuncaq maşını sürmürlər, onları sıraya düzüb, kənardan tamaşa edirlər".
 
C.Məmmədzadə bildirib ki, autizmli uşaqların əziyyət çəkdiyi amillərdən biri də özünü ifadə etməsi ilə bağlıdır. Onlar öz yaşıdları ilə ünsiyyət yaratmaqda çətinlik çəkirlər:
"Məsələn: autistik pozuntusu olan uşağı valideyn hər gün eyni yolla bağçaya aparır. Bir gün bu küçədə təmir gedir, valideyn uşağı başqa yolla aparmalıdır. Amma yolun dəyişməsinə bu uşaqlarda pis reaksiya ola bilər. Eyni zamanda, belə uşaqlarda davranış və yuxu pozuntularına da rast gəlinir ki, bunlar da uşaqlara kifayət qədər mane olur. Əslində, autistik spektr pozuntusunun medikomentoz (dərmanla) müalicəsinin olmadığı məlumdur. Təəssüf ki, buna baxmayaraq, bir çox hallarda bəzi mütəxəssislər uşaqları hansısa dərmanlarla müalicə etməyə çalışırlar. Lakin bu xəstəliyin dərmanla müalicəsi yoxdur. Autizm spektr pozuntusunun müalicəsinin əsas metodikası psixopedoqoji reabilitasiyadan ibarətdir. Psixopedaqoqlar, loqopedlər bu uşaqlarla işləməlidirlər. Və yaddan çıxarmaq lazım deyil ki, bu uşaqlar xəstə deyillər, sadəcə, fərqli uşaqlar hesab olunurlar. Onlar öz yaşıdlarından fərqlənirlər. Buna görə də belə uşaqlara çox həssas yanaşmaq lazımdır. Müalicə nə qədər erkən yaşdan başlanarsa, bir o qədər də faydası çox olar".
Mütəxəssis deyib ki, klasifikasiyaya nəzər salsaq, dünya psixiatriya assosiasiyalarının, dünya uşaq və yeniyetmə psixiatriyası assosiasiyalarının rəyinə əsasən, xəstəliyin 3 yaşında müəyyənləşdirildiyi hesab olunur. Rəsmi olaraq diaqnozun qoyulması 3 yaşında mümkündür. Lakin son zamanlar 2 yaşında da autistik əlamətlər müşahidə olunduqda, artıq işləməyə başlayırıq:
"Çünki müalicəyə 2 yaşında başlasaq, daha yaxşı nəticə almaq ehtimalımız var. Ona görə də vaxt itkisinə yol verməmək üçün işlərə tez başlayırıq. Praktikada isə hətta 1-1,5 yaşda da bu xəstəliyi müşahidə etmək olur. Bəzən bu cür tez aşkarlandıqda, artıq bir neçə aylıq reabilitasiyadan sonra biz uşaqda böyük irəliləyişlər müşahidə edirik. Təəssüf ki, uşağın autizm xəstəsi olduğunu ana bətnində müəyyən etmək mümkün deyil. Hazırda autistik spektr pozuntuları ilə bağlı genetik, epgenetik araşdırmalar aparılır . hətta şübhə doğuran müəyyən genlərin nömrələri də işarələnib. Belə ehtimal olunur ki, məhz həmin genlərin ekspressiyasi nəticəsində bu xəstəlik yaranır. Amma bunların hamısı hələlik elmi fərziyyə mərhələsindədir, təsdiq olunmayıb. Hələlik xəstəliyin genetikası ilə bağlı ciddi elmi tədqiqatlar davam etdirilir. Gələcəkdə bu sahədə dəqiq diaqnozun müəyyən olub-olmayacağını demək çətindir".
C.Məmmədzadə bildirib ki, autizmin tam müalicə olunub-olunmadığını əvvəlcədən proqnoz etmək mümkün deyil. Çünki hər autistik uşaq fərqlidir. Onların reabilitasiyaya nə dərəcədə uyğunlaşmasından çox şey asılıdır:
"Dünyada "7 gün 24 saat" adlandırdığınız reabilitasiya prinsipi var. Yəni belə uşaqlar təkcə getdikləri mərkəzlərdə deyil, evlərində də reabilitasiyada olmalıdırlar. Valideynlərə də belə uşaqlarla işləmək öyrədilir".
Həkim deyib ki, bu xəstəliklə bağlı onlara edilən müraciətlərin sayı olduqca çoxdur:
"Bir çox valideynlər artıq bir çox həkimlərə getdikdən sonra bizim yanımıza gəlirlər. Valideynlərin əksəriyyəti bu diaqnozu qəbul etmək istəmir. Azərbaycanda əvvəllər autizm haqqında cəmiyyətin məlumatı az idi. Amma xəstəlik artdıqca, məlumatlar da çoxaldı. Autizmli xəstələri sayının artması səbəblərini konkret izah etmək çətindir. Bəzi araşdırmalara görə, dünyada hər 88 uşaqdan biri autizm xəstəsidir. Əlbəttə, bu göstərici hər ölkədə eyni ola bilməz. Amma rəqəmlər təxminən bu civardadır. Valideynlərə demək istərdim ki, diaqnozu eşidib qorxmasınlar. Bu uşaqları xəstə yox, onları fərqli uşaqlar kimi qəbul etmək lazımdır".

302 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
4-02-2018, 11:53 Cəbhədə SON XƏBƏR

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
____ Instagram ___