Bakıda satışı qadağan edilən dərmanlar aşkarlandı
Tarix: 30-03-2018 | Saat: 18:12
Bölmə:Karusel / Hadisə | çapa göndər
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunan və yaxud məhdudlaşdırılan psixotrop tərkibli dərman preparatlarının alqı-satqısının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Babazadə üzərində psixotrop tərkibli dərman preparatları saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 4 ədəd güclü təsiredici xassəyə malik “Preqabalin” həbləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı Ə.Babazadənin psixotrop tərkibli dərmanları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Buta Aptek”dən 16 manata aldığı müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin aptekin sahibi, Bakı şəhər sakini Orxan Rəsulov da saxlanılaraq istintaqa təqdim edilib. Ona məxsus aptekə baxış keçirilən zaman obyektdən satışı qadağan edilən psixotrop tərkibli 7640 ədəd “Tramadol”, 1 ədəd konvalyutada “Gabapentin” və 25 ədəd “Haloperidol-Richter“ həbləri aşkar olunaraq götürülüb.
Qeyd edək ki, əməliyyat zamanı həmin aptekdən qanunsuz olaraq psixotrop tərkibli dərmanlar alan daha 6 nəfər də saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
7728 dəfə oxunub.
Digər xəbərlər

20-08-2015, 14:54
Diktor Sabir Ələsgərov: "Cavanlara deyirəm ki, öyrənin"
2-04-2019, 21:06
Bacısının lüt şəkillərini görən qardaşdan dəhşətli əməl – TƏFƏRRÜAT
8-08-2022, 11:03
Bakıda 3-cü sinif şagirdi faciəvi şəkildə öldü - FOTO
29-08-2021, 11:40
Azərbaycanda dəhşət: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu
10-09-2021, 12:17
Anasını döydüyü üçün atasını bıçaqladı
6-11-2017, 09:39
Bakıda oğul anasının 36 min manatını oğurlayıb qaçdı
17-03-2016, 19:14
Həlak olan neftçilərə abidə qoyulacaq (FOTO)
17-07-2017, 10:35
Azərbaycanda sərnişin avtobusu aşıb - yaralılar var - YENİLƏNİB
16-03-2015, 21:52
ÜRƏYİ ZƏİF OLANLAR BAXMASN VİDEO
19-06-2015, 13:01
Bakı 2015-də idmançı cəzalandırıldı