Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məmmədyarov: Mənə yox, italyana, erməniyə olan dəstəyi də gördüm...
Tarix: 28-03-2018 | Saat: 11:50
Bölmə:Karusel / İdman | çapa göndər

Məmmədyarov: Erməniyə dəstək verənləri gördüm, üzr istəyirəm ki...
Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov oyundan sonra təəssüratlarını bölüşüb.
Təmsilçimiz feysbuk hesabından azarkeşlərinə təşəkkür edib.
O, turnirin qalibi ola bilmədiyi üçün azarkeşlərdən üzr istəyib: “Dostlar, sizdən şikayətim yoxdur, sadəcə, məni dinləyin. Zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana, erməniyə olan dəstəyi də gördüm. Demək istədiyim budur – yaxşı ki, varsınız. Sizlərə birincilik yaşatmadığım üçün üzr istəyirəm. Amma sonuncu olmaq hissiyatını yaxın belə, buraxmadım. Çox sağ olun, mənə sona qədər inandınız. Bütün mesajlarınızı aldım. Cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Yaxşı ki, varsınız. Biz geri qayıdacağıq. Uğurlar və 10 dəfə çox sağ olun”.
Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi 9 xalla ABŞ şahmatçısı Fabiano Karuana olub. Ş.Məmmədyarov isə 8 xal toplayıb.



Xəbəri paylaş

7708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___