Azərbaycan televiziyalarında “18+”la bağlı DƏYİŞİKLİK olacaq
Tarix: 27-03-2018 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər müəyyən olunub.
Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin 9-cu (Teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər) maddəsinə əsasən, teleradio yayımı vasitəsilə yayımlanan “Universal”, “6-”, “6+”, və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.
Xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, aşağıdakı informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur:
1. Bu Qanunun 4.3.3-cü (Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir: Zorakılığı və qəddarlığı nümayiş edən informasiya, qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya, qorxu məzmunlu informasiya, erotik məzmunlu informasiya) maddəsində nəzərdə tutulan “16+” yaş kateqoriyasına aid informasiya məhsulları – yerli vaxtla saat 7-dən saat 21-dək,
2. Bu Qanunun 4.2 (Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir: Zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik xarakterli informasiya) və 4.3.4-cü (erotik məzmunlu informasiya) maddələrindən nəzərdə tutulan, müvafiq olaraq “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsulları – yerli vaxtla saat 6-dan saat 23-dək, “18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.
Xəbəri paylaş
8268 dəfə oxunub.
Digər xəbərlər

19-08-2019, 16:57
Bakıda "Wolksvagen"nin vurduğu piyada belə CAN VERDİ - VİDEO
16-10-2015, 13:18
Türkiyə üçün yeni qorxunc terror iddiası
7-12-2015, 13:55
Bakıda polisə müqavimət: iki gənc qandallandı
1-06-2016, 06:54
Yanğın daha bir ailəni evsiz qoydu
18-09-2017, 12:33
Vaxtı keçmiş cərimələri ödəməyən sürücülərə qarşı növbəti REYD
27-06-2018, 10:31
Azərbaycanda zəlzələ olub
30-10-2015, 11:35
İlham Əliyev islahatlarda israrlıdır