Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
71 yaşlı Cahanə nənə kişi peşəsinə yiyələnib - FOTO
Tarix: 24-03-2018 | Saat: 22:34
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər


Oğuz rayonun Qumlaq kənd sakini Cahanə Şərifova illərdir onu görənləri heyrətləndirir. Buna səbəb 71 yaşlı qadının 37 ildən artıqdır sürücülük etməsidir.
Xəbəraz.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, əvvəllər musiqi müəllimi işləyən Cahanə nənə paralel olaraq sürücülük peşəsinə də yiyələnib. Artıq 36 ildir atasının ona hədiyyə aldığı avtomobili sürür. Müəyyən imkana sahib olsa da, maşınını dəyişməyəcəyini bildirir. Çünki bu maşını atası ona hədiyyə edəndə dəyişməməsini məsləhət görüb.
Əvvəllər sürücülük vəsiqəsi olmayan Cahanə nənə sonralar sürücülük vəsiqəsi də alıb. Zamanla kənd camaatı arasında qazandığı etibar və dəyər ona bu yolda inamla addımlamağa imkan verib. Öncələr rayonda qadın sürücüyə pis baxsalar da, Cahanə nənənin nümunəvi sürücülüyü hamının rəğbətinə səbəb olub.
Azərbaycanın ən yaşlı qadın sürücülərindən olan Cahanə nənə kənddə xeyirxah insan kimi də tanınır. O, hazırda da sərnişinlərin Qumlaq kəndindən Oğuz rayonuna daşınmasında öz köməkliyini göstərir. Kənd sakinləri də Cahanə nənənin sürücülüyündən çox razıdırlar.
Nənənin sözlərinə görə, boş zamanları olanda yaxın rəfiqəsi ilə maşınla gəzintidən zövq alır. İkilikdə dağ ətəyindəki sakit məkanlarda oturub dərdləşməyi çox sevirlər. Cahanə nənə dəfələrlə rayondan kənara da maşınla səyahət edib, şəxsi maşını ilə Mingəçevir, Gəncə kimi böyük şəhərlərə gedib.
Rayonda fəaliyyət göstərən maşın təmirçiləri də bu qadının olduqca diqqətli və maşınına xüsusi qayğı ilə yanaşdığını bildirirlər. Adətən o, hər həftənin 6 günü maşınını texniki baxışa gətirir və çatışmazlıqları vaxtlı vaxtında aradan qaldırır.


Xəbəri paylaş

8208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___