Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İmam Hüseynin (ə) bəşəriyyətə verdiyi 6 dəyərli dərs
Tarix: 24-03-2018 | Saat: 20:04
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər



İmam Hüseyn (ə) hər bir Məsum İmam (ə) kimi bizlərə dəyərli dərslər və ibrətlər vermişdir. İmamın (ə) bizə verdiyi altı ibrətli dərsi ilə tanış olaq:
 
1. Aşura günü haqq ordusu ilə batil ordusu vuruşurdu. Əziz İmam Hüseyn (ə) əvvəldən axıradək haqqı bəyan edir və batili ifşa edirdi.
İmamın (ə) bəzi buyuruşlarına diqqət edək:
«Heyhat, zillət bizdən çox-çox uzaqdır».
Düşmən qoşunundan bəzisi İmam Hüseynin (ə) şəhid olmasını güman edib, xeymələrə hücum etmək istədikdə, İmam (ə) fəryad edib buyurdu: “Əgər dininiz yoxdursa və Qiyamətdən qorxmursunuzsa, heç olmasa azad kişi olun (dünyada qeyrətiniz olsun).
 
Aşura günü İmam Hüseyn (ə) düşmənə buyurdu: «Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram».
 
Aşura günü İmam Hüseyn (ə) buyurdu: «Agah olun, bilin ki bu zinazadə oğlu zinazadə (ibni Ziyad) iki şeyin arasında saxlayıb: ya zəlilcəsinə beyət edim, ya da qılıncla doğranım. Heyhat, zillət bizdən çox-çox uzaqdır!».
“Ölüm alçaqlıqdan yaxşıdır”.
“İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır”.
 
“Həqiqətən mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm”.
“Məni ölümlə qorxudursunuz? Afərin Allah yolunda ölümə!”.
 
İmam Hüseyn (ə) buyurub: “Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə - Allahın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın”.
 
Aşura günü İmam Hüseyn (ə) buyurub: «Mənə kömək edəcək bir köməkçi varmı? Mənə yardım edəcək bir yardımçı varmı? Peyğəmbərin itərtini (Əhli-Beytini (ə)) müdafiə edəcək bir müdafiəçi varmı?».
 
İmam Hüseyn (ə) buyurub: «Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetən!».
 
2. Namazın əhəmiyyəti. Döyüşün ən alovlu yerində namaz vaxtı gəlib çatır. Ancaq düşmən namaz qılmağa fürsət vermir. İmam Hüseyn (ə) Zuheyr ibni Qeynə və Səyid ibni Abdullaha əmr edir ki, namazqılanların qabağında dayanıb, özlərini qalxan etsinlər. Həzrət (ə) bu halda namazını qılır.
 
3. Sadiqlik. Bir gün Hatəm Tayinin oğlu Ədi İmam Hüseynin (ə) yanına gəlir və deyir: “Ey Əba Abdullah! Zillətlə izzəti mübadilə etdiniz (İmam Həsənlə (ə) Müaviyyənin (lən) müqaviləsini nəzərdə tutur) və öz əzəmətinizi əldən verdiniz. Bizlərin hamısı sizin vasitənizlə müti olduq və bir ömür gərək müxaliflik edək. Gəl qardaşın Həsəni (ə) və sülh müqaviləsini burax, davamçılarını Kufədən və başqa şəhərlərdən topla.
 
İmam Hüseyn (ə) cavabında buyurur: “Biz əhd bağlamışıq və onu sındırmağa yol yoxdur. Əhdi sındırmaq bizim üslubumuz deyildir”.
 
4. Dönməzlik və yenilməzlik. O zaman ki, İmam Hüseyn (ə) Kərbəlaya daxil olur, məlun Ubeydullah məktub göndərir. İmam (ə) məktubu alır, oxuyur və parçalayır. Yerə atıb, buyurur: “O insanlar ki, məxluqun razılığını Xaliqin razılığından üstün bilərlər, heç bir zaman müvəffəq olmayacaqlar”. (Həvzəh)
 
5. Abırı çox üstün tutmaq. Bir gün şairlərdən biri İmam Hüseynin (ə) məclisinə daxil olur və şeir oxuyub, Əhli-Beyti (ə) mədh edir. İmam (ə) ona 400 dinar hədiyyə edir. Bir nəfər etiraz edib deyir: “Axı o, fasiq şairdir?”.
Həzrət (ə) buyurur: “Ən yaxşı mal və sərvət odur ki, insanın abrını qoruyar. Peyğəmbər (s) də şair Kəəb ibni Zuheyrlə bağlı belə etmişdi”.
 
6. Quranın tanıdılması. İmam Hüseyn (ə) bütün hərəkat boyu müqəddəs Kitabı təbliğ edirdi. Hətta şəhid olandan sonra da, mübarək başı Quran tilavət edirdi...
 
İmam Hüseyn (ə) söhbətlərinin birində Quranı dörd hissəyə bölür: sözlər və ibarələr, işarələr və metaforlar, rəvayətlər və dastanlar, həqiqətlər.
1. Sözlər və ibarələr – adi insanlar üçündür.
2. İşarələr xəbər (məlumatları olanlar) – bunun əhli üçündür.
3. Rəvayətlər – övliyalar üçündür.
4. Həqiqətlər – nəbilər və vəsilər üçündür.
Sponsor-@sevimli.magazam (saat mağazısı)


Xəbəri paylaş

1 7658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___