Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluğa daxildir
Tarix: 22-03-2018 | Saat: 12:37
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər



Azərbaycan vətəndaşları 2018-ci ilin yanvar-fevral ayları ərzində Türkiyədə 128 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 ev və ya 17,4% çoxdur.
Bu, Türkiyə Statistika İdarəsinin illik hesabatında əksini tapıb. 
Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışının 65-i yanvar, 63-ü isə fevral ayında həyata keçirilib. Beləliklə, fevral ayında ev alışında aylıq müqayisədə cüzi azalma müşahidə olunsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ev və ya 14,6% artım qeydə alınıb.
Bununla da, bu ilin ilk 2 ayı ərzində vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin sıralanmasında Azərbaycan IX yeri tutub. Hesabata əsasən, I yerdə İraq (580 ev), II yerdə Səudiyyə Ərəbistanı (338 ev), III yerdə Rusiya (249 ev), IV yerdə Əfqanıstan (242 ev), V yerdə Küveyt (207 ev), VI yerdə İran (205 ev), VII yerdə Almaniya (142 ev), VIII yerdə İordaniya ( 130 ev) vətəndaşları qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışı illik müqayisədə 332 ev və ya 54,4% artaraq 2017-ci ildə 942-yə çatıb. Bununla da, ötən il vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub. Xatırladaq ki, Azərbaycan 2016-cı ildə bu siyahıda İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, İngiltərə, Almaniya və İrandan sonra IX yerdə olub.(report)
Sponsor-@sevimli.magazam (saat mağazısı)


Xəbəri paylaş

7038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___