Bakıda "bomj"u öldürən şəxs: "Həmin gün "Barselona"nın oyununa baxacaqdım"
Tarix: 21-03-2018 | Saat: 12:02
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə S.Nəhmətov özünü təqsirli bildiyini söyləyib. O sərbəst ifadəsində qeyd edib ki, mərhum Zahir Hacıağayevin xalası oğlunun evində işləyib, orda da içki içib: "Onlardan evə gələndə qapının açıq olduğunu və televizorun otaqda olmadığını gördüm. Maraqlananda qonşu Gülbəniz bildirdi ki, televizoru Zahir aparıb. O, daha əvvəl də məndən televizoru istəmişdi, lakin verməmişdim".
S.Nəhmətov futbol azarkeşi olduğunu deyib: "Zahir də futbola baxmağı sevirdi. Elə olurdu ki, oyunlara bir yerdə baxırdıq. Həmin gün də "Barcelona" klubunun oyunu var idi. Mən də futbola baxacaqdım. Zahirin televizoru evdən aparmasına əsəbləşdim. Sonra öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb, məhləyə düşdüm. Ona yaxınlaşanda yanında Feyruz var idi. Zahirlə əvvəl söhbət etdik. Mənə söyüş söydü, mən də onu vurdum".
Təqsirləndirilən şəxs mərhum Z.Hacıağayevə neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını vurğulayıb: "Həmin zaman Zahir televizoru satdığını etiraf etmədi. Onu öldürmək fikrim yox idi, yalnız qorxutmaq istəyirdim. Bıçağı da bunun üçün götürmüşdüm".
Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Belə ki, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayev 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov tərəfindən bıçaqlanaraq öldürülüb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən S.Nəhmətov tutulub.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkum edilib. O, əvvəllər tüfeyli ("bomj") həyatı yaşayıb. Sponsor-@sevimli.magazam (saat mağazısı)
Xəbəri paylaş
8678 dəfə oxunub.
Digər xəbərlər

Xatırladaq ki, qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkum edilib. O, əvvəllər tüfeyli ("bomj") həyatı yaşayıb.
Xəbəri paylaş
Digər xəbərlər
30-06-2022, 13:23
Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş... - FOTO
5-02-2016, 13:21
“Bu qalmaqallara qarışmaq istəmirəm“ - Nazpəri
11-03-2017, 14:13
Azərbaycanın "Eurovision" mahnısı - VİDEO
22-03-2016, 11:57
Prezidentin bu hərəkəti ölkəni ayağa qaldırdı — FOTO+VİDEO
3-02-2021, 19:39
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 4 nəfər ÖLDÜ
16-10-2020, 11:19
Noyabrın 2-dən sonra təhsil davam etdiriləcək? - AÇIQLAMA
30-07-2021, 12:22
Zakir Həsənov poliqona gedib, hərbçiləri izlədi - FOTOLAR
18-03-2015, 14:06
“Miss Azerbaijan-2015”in seçimi davam edir: İlk pillədə slavyan mənşəli gözəl qərarlaşıb – FOTO
19-11-2016, 17:52
"Kürəyimdən elə vurdu, az qaldı gözüm..." - Əkiz bacıları Naxçıvanda döydülər/VİDEO
7-05-2017, 19:32
Cavanlıq bəxş edən TƏRƏVƏZin 10 FAYDASI