Məşhur rusiyalı milyarder Qarabağa köçdü - FOTO
Tarix: 06-07-2015 | Saat: 18:35
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər
Həyat yoldaşı və uşaqları ilə bərabər.
Məşhur rusiyalı milyarder German Sterliqov və onun ailəsi – həyat yoldaşı Alena və beş övladı Rusiyadan üç həftə öncə gediblər.
Onların yeni yaşayış yeri Azərbaycanın işğal edilmiş ərazisi – Qarabağdı, Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
“İndi biz Germanın təsərrüfatını satırıq, - milyarderin yardımçısı Polina təsdiq edib. – Hələlik heyvanları: inək, qoyun, atların bir qismini satırıq. Ev və torpaq sahələri haqqında German Lvoviçdən sərəncam gəlməyib”.
Bununla yanaşı, Sterliqova məxsus müəssisə çörək bişirməyə və süd məhsulları istehsal etməyə davam edir.
“Bloknot”a məlum olduğu kimi, 48 yaşlı German Sterliqov yeni yaşayış yerində artıq ekoloji təmiz məhsulların istehsalı üçün yeni təsərrüfat yaratmağa başlayıb.
Milyarderin ailəsinin yaşayış ölkəsini dəyişməyə sövq edən səbəblər haqqında köməkçilər danışa bilməyiblər, yalnız German Sterliqovun həftədə bir dəfə zəng edərək, cari işlər barədə məlumat aldığını və yeni göstərişlər verdiyini deyiblər.
Ekstravaqant milyarder Sterliqov 1990-cı ildə ölkədə ilk əmtəə-xammal birjası “Alisa”nı yaratmaqla məşhur olub.
1993-cü ildə “Alisa” artıq iri holdinqə çevrildi, onun Rusiyada və xaricdə 84 törəmə firması mövcud idi.
2002-ci ildə German Sterliqov Krasonyarsk vilayətinin qubernatoru vəzifəsinə namizəd oldu. Bir il sonra isə Moskva meri postuna namizədliyini irəli sürdü.
2005-ci ildə German Sterliqov ailəsi ilə bərabər Rublekkada evini sataraq, Moskva ətrafında Mojaysk rayonunda torpaq sahəsi alaraq, təsərrüfatla məşğul olub.
Xəbəri paylaş
6718 dəfə oxunub.
Digər xəbərlər

11-12-2016, 20:23
Udulan saqqız mədədə neçə il qalır?
25-10-2016, 20:58
Müəllimlərin əməkhaqqı artırılacaq - RƏSMİ AÇIQLAMA
23-05-2016, 14:15
Ukraynada NATO mərkəzi yaradılır
23-11-2017, 15:43
“Bir pasiyentim 20 il ayrıldığı şəxsi axtarıb” - Psixoloqdan keçmiş sevgilini unutmaqla bağlı MƏSLƏHƏTLƏR
22-11-2021, 11:30
Əhaliyə ŞAD XƏBƏR! Uşaqlar üçün verilən pulun məbləği artacaq
16-04-2015, 02:34
İnternet fırıldaqçılarının gəliri Narkotikdən gələn gəlirdən üstündür.
22-10-2017, 17:55
Ermənistan bayraqlı maşın Bakıya necə gətirilib? - VİDEO
22-03-2017, 10:56
47 yaşlı kişi qatarın altında qalaraq öldü
24-05-2015, 00:41
Namazın niyyətini ucadan söyləmək lazımdır yoxsa astadan?