İŞİD-i "ürəyindən" vurdular (FOTO)
Tarix: 06-07-2015 | Saat: 18:03
Bölmə:Karusel / Dünya / M2 / Fotogalereya | çapa göndər
Koalisiya qüvvələri İŞİD terror təşkilatının mərkəzi sayılan Suriyadakı Rakka şəhərinə hava hücumları reallaşdırıb.
ABŞ liderliyindəki koalisiya qüvvələri İŞİD terror təşkilatının mərkəzi sayılan Suriyadakı Rakka şəhərinə hava hücumları reallaşdırıb.
ANS PRESS-in məlumatına görə, bu günə qədər Suriyada planlaşdırılmış ən böyük hava hücumları olaraq xarakterizə edilən əməliyyatda ən az 22 nəfər ölüb. Hava hücumlarının məqsədi İŞİD-in Suriya və İraq boyunca hərəkət qabiliyyətinə zərər vermək üçün reallaşdırılıb.
Terror təşkilatının mərkəzi sayılan Rakka və ətrafındakı ərazilər bombardman edilib. Binaları və tranzit yolları hədəf alan koalisiya qüvvələri çox sayda obyekti məhv edib. Suriya İnsan Haqqları Təşkilatı bildirib ki, bombardmanda ölənlər arasında biri uşaq olmaqla 6 mülki şəxs var. Son açıqlamalara görə, bu hücumlar terrorçulara qarşı Suriyada həyata keçirilən ən böyük əməliyyatdır.
Suriyanın Rakka şəhəri bombardmandan sonra
Suriyanın digər cəbhələrindəki qarşıdurmalar isə davam edir. Aralarında terror təşkilatı "Əl-Qaidə"nin Suriyadakı qolu olan "Əl Nusra Cəbhəsi" və 13 təşkilat hücumlara başlayıb. Suriyanın ən böyük şəhəri Haləbin qərbindəki Əsəd rejiminin əlindəki bölgələrə hücuma keçən terrorçular son üç ilin ən böyük döyüşünə başlayıblar.
ABŞ liderliyindəki Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmrliklərində ibarət koalisiya Suriyadakı İŞİD ərazilərini 2014-cü il sentyabrın 22-dən bu yana bombalayır. Bu hava hücumları təşkilatın regionda daha geniş inkişafının qarşısını alıb.
Hələbdə terrorçularla Əsəd rejiminin qüvvələri arasında döyüşlər
Xəbəri paylaş
6928 dəfə oxunub.
Digər xəbərlər

22-04-2015, 14:52
Evdən 90 min manat oğurlayan şəxs tutuldu
5-01-2023, 15:00
Sosial müavinətlər və təqaüdlərin məbləğləri artırılacaq
26-11-2015, 15:20
“Azərbaycan gərginliyin azalmasına öz töhfəsini verməyə hazırdır” - Novruz Məmmədov
10-03-2017, 22:08
28 yaşlı oğlan 82 yaşlı qadınla evləndi - fotolar
26-06-2022, 12:44
Beş dəfə xəyanət etmiş arvadını bağışladı: "Pəncərədən içəri baxanda..." - Bakıda şok
23-04-2018, 14:06
Hər gün bir limon yeməyin 8 FAYDASI
30-07-2021, 12:32
Könül xaımımın məktubu.Oğlumu işdən çıxardılar
4-08-2016, 21:12
Sabah 8 saat qaz olmayacaq
25-10-2017, 12:40
Temperatur 4-6 dərəcə enəcək – XƏBƏRDARLIQ
18-02-2019, 14:29
Çörəyin qiyməti bahalaşacaq? - Nazirdən AÇIQLAMA