Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uçqun altında qalanlardan 3-ü hadisə yerində dünyasını dəyişib.
Tarix: 06-07-2015 | Saat: 18:00
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

Uçqun altında qalanlardan 3-ü hadisə yerində dünyasını dəyişib.

Gürcüstanının paytaxtı Tiflisdə tikinti işi gedən yaşayış binasında uçqun olub.

ANS PRESS-in məlumatına görə, uçqunun altında 4 insan qalıb. Yerli mətbuatın yaydığı məlumata görə, uçqun altında qalanlardan 3-ü hadisə yerində dünyasını dəyişib. Digər 1 nəfəri isə xilas etmək mümkün olub. Ancaq sonradan həmin şəxs aparıldığı xəstəxanda həkimlərin cəhdlərinə baxmayaraq ölüb. Hadisə yerinə çox sayda xilasetmə dəstələri və tibbi yardım maşınları cəlb edilib.

Uçqun baş verən binanı əlavə olaraq iki mərtəbə qaldırmaq planlaşdırılırdı. Sözügedən binada tikinti işləri 24 saat fasiləsiz davam edib. Həmin binanın sonradan mehmanxana kimi fəaliyyət göstərməsi planlaşdırılırdı.

Araşdırmalardan məlum olub ki, uçqun olan binada tikinti işini "Tiflis biznes mərkəzi" görüb. Fövqəladə vəziyyətləri idarə edilməsi üzrə xidmətin rəsmisi David Qelaşvili jurnalistlərə açıqlamasında bildirib ki, binanın dağılması dördüncü mərtəbədən başlanıb.

"Daha sonra üçüncü mərtəbə də uçdu. Həmin vaxt işçilər birinci mərtəbədə olublar. Üç insan həlak olub, bir işçi xilas etməyi bacardıq. Amma sonra o da öldü. Biz hadisə yerində gözləyirik. Təhlükə var və dağıntı yenidən olacaq", - deyə David Qelaşvili bildirib.

Tiflisdə bina uçqunu ilk belə hal deyil. 2010-cu ildə də Gürcüstanın paytaxtında analoji hadisə baş verib. Milli Qvardiya İdarəsinə məxsus çoxmərtəbəli bina uçub. Tiflisin köhnə Ortaçala məhəlləsində yerləşən binada dağıntı zamanı 4 nəfər uçqun altında qalmışdı. Hadisəyə qədər binada təmirqabağı təmizlik işləri aparılırdı.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___