Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alimlər XƏRÇƏNGİN ƏSL SƏBƏBİNİ aşkar ediblər
Tarix: 14-03-2018, 17:02 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Belə hesab olunur ki, xərçəngin əsas səbəbi hüceyrələrdə müxtəlif təsirlər nəticəsində (ətraf mühit, yaşam tərzi, genetik meyl və s.) inkişaf edən mutasiyalardır.
Lakin Şotlandiya alimlərinin yeni araşdırması göstərib ki, bu əsl səbəb deyil. Dandi Universisteti alimlərinin fikrinə görə, xərçəngin əsas səbəbi immun sisteminin qocalmasıdır.
Fransa və Böyük Britaniya alimləri birgə araşdırma aparıb. Onlar 2 milyon xərçəng xəstəsi haqqında məlumatları təhlil edib və belə nəticəyə gəliblər ki, immun sisteminin yaşla bağlı zəifləməsi xərçəngin əsas səbəbi kimi qiymətləndirilə bilər.
İmmun sisteminin qocalması çəngəlvari vəzin (timus) qocalması ilə bağlıdır. Məhz burada T-huceyrələr əmələ gəlir ki, bu hüceyrələr qanda dövr edərək yad agentləri (mikrob, virus və s.) və orqanizmin mutasiyaya uğramış hüceyrələrini (xərçəng hüceyrələri) məhv edir. Xərçəng hüceyrələri insan orqanizmində daim yaranır və məhz immun sistemi onların çoxalmasının və nəticədə xərçəng şişinin  əmələ gəlməsinin qarşısını alır.  
 

İnsanın yaşı artdıqca çəngəlvari vəzin ölçüləri kiçilır və bu da T-hüceyrələrin istehsalının azalmasına səbəb olur. T-hüceyrələr azaldıqca xərçəng hüceyrələrini vaxtında məhv edə bilmir ki, bu da xərçəng hüceyrələrin artmasına, şişə çevrilməsinə gətirib çıxardır.    
Maraqlıdır ki, qadınlarda çəngəlvari vəz kişilərlə müqayisədə daha gec kiçilir. Bu isə o deməkdir  ki, yaşlı qadınlarda xərçəng xəstəliyinin riski daha azdır.
Alimlərin fikrinə görə, araşdırmanın nəticələri xərçənglə mübarizə etməyə kömək edəcək. Onların fikrinə görə, gələcəkdə timusun funksiyasını artırmaqla (transplantasiya və ya regenerasiya üsulu ilə) T-hüceyrələrin istehsalını artırmaq və bununla da xərçəng xəstəliklərinin hallarını azaltmaq mümkün olacaq.(saglamolun.az)

1 0238 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___