Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Həsənovun nəvəsi əfv ərizəsi yazıb? - AÇIQLAMA
Tarix: 14-03-2018 | Saat: 16:57
Bölmə:Karusel / Gündəm | çapa göndər



Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Nail Allahverdiyevin əfv olunmaq üçün ölkə başçısına müraciət etdiyi barədə məlumat yayılıb.
Bəzi KİV-lərin həmin xəbəri tirajlamasına səbəb isə Nail Allahverdiyevin Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi olmasıdır. 

Modern.az məsələni dəqiqləşdirmək üçün onun hüquqlarını müdafiə edən vəkil Muxtar Mustafayevə müraciət edib.
M.Mustafayev açıqlamasında həmin məlumatları təkzib edib və əlavə şərh vermək istəmədiyini bildirib.

Qeyd edək ki, 3 avqust 2017-ci ildə saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbəri paylaş

1 2068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___