Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəşid Behbudovun qızından Faiq Ağayevə ETİRAZ
Tarix: 12-03-2018 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər


Dünya şöhrətli Rəşid Behbudovun qızı Rəşidə Rəşid Xalq artisti Faiq Ağayevə etiraz  edib.
Rəşidə Rəşid bununla bağlı açıqlamasında bildirib ki,  Faiq Ağayev Türkiyənin məşhur müğənnilərindən biri Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz”  mahnısını səsləndirsə də, Rəşid Behbudovun adını çəkməyib:
“Bilirsiniz ki,“Sənə də qalmaz” mahnısıTofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılıb və sözləri Rəsul Rzaya məxsusdur. Bu mahnını bəstəkar atam üçün yazıb və mahnı ilk dəfə Rəşid Behbudov tərəfindən ifa edilib.
Faiq Ağayev türk müğənnisi Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz” mahnısını bir verilişdə səsləndirib. Təəssüf edirəm ki, o, mahnı haqqında məlumat verərkən atamın adını çəkməyib. Düzdür, sonralar bu mahnını bir neçə şəxs də səsləndirib. Lakin mahnının damğasını vuran Rəşid Behbudovdur”.

Qeyd edək ki, xalq artisti Faiq Ağayev “Facebook”  hesabında  Türkiyə müğənnisi Müşərrəf Akayla birlikdə səsləndirdiyi “Sənə də qalmaz” ifasının videosunu paylaşıb. Müğənni paylaşımında Müşərrəf Akayın TRT - də yayımlanacaq "Aziz dostlar" adlı verilişin  ilk qonağı olduğunu bildirib.
(modern/az)


Xəbəri paylaş

1 0928 dəfə oxunub.

Digər xəbərlər
4-03-2018, 17:22 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___